Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib
Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib. Parlaq işıqlı Ay kraterləri qara kosmos fonunda aydın görünür.
İndi "Hakuto-R" ilk yapon eniş aparatı Ay ətrafında dövr edir. Bu aparat cari ilin aprel ayının sonuna qədər Yer kürəsinin peykinin səthinə enməlidir. "Space" yazır ki, martın 27-də bu aparatı hazırlayan şirkət "Hakuto-R" aparatının çəkdiyi Ay səthinin yeni heyrətamiz şəklini göstərib.
Yaponiya tarixində ilk Ay eniş aparatı peykimizin səthinə enməyə hazırlaşır. O martın 20-də Ayın orbitinə gəlib və o vaxtdan onun səthindən möhtəşəm şəkillər çəkir. Martın 27-də "Hakuto-R" aparatını hazırlayan şirkət yeni şəkil təqdim edib. Şəkildə qara kosmos fonunda Günəş işığı ilə parlaq şəkildə işıqlandırılan Ay kraterləri görünür. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qismən kölgələnən kraterlər və Ay səthinin digər xüsusiyyətləri də görünür.
Bu şəkli "Hakuto-R" eniş aparatında quraşdırılmış xüsusi kamera vasitəsilə çəkilib. Kamera "İspace" Tokio özəl şirkəti tərəfindən hazırlanıb. Bu aparat hələ keçən ilin dekabrında kosmosa buraxılıb və bir neçə ay ərzində kifayət qədər mürəkkəb marşrutla planetimizdən Aya kimi məsafəni qət edə bilib. Tarixdə ilk yapon Aya eniş aparatına heç nə mane olmasa, o, bu ilin aprel ayının sonuna qədər Ayın səthinə enməlidir.
"Hakuto-R" aparatının Aya uğurlu enişi Yaponiyanın ABŞ, keçmiş SSRİ və Çindən ibarət özünəməxsus "Ay klubuna" qoşulması və dünyada Yer kürəsinin süni peykinin səthinə aparatını endirə bilən dördüncü ölkə olması deməkdir.
"Hakuto-R"-in Aya enişi, həmçinin tarixdə özəl şirkətin hazırladığı aparatın həyata keçirdiyi ilk eniş olacaq. Yeri gəlmişkən, aparatın göyərtəsində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış "Rəşid" adlı kiçik Ay aparatı var. Xatırlatması yerinə düşər ki, 2019-cu ildə Hindistan və İsraildə hazırlanan eniş aparatları Aya enməyə cəhd ediblər, lakin bu cəhdlər uğursuz olub./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1650 Tarix: 30 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabr