İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən çoxmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən "Xəzər dənizi" dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.

Xüsusi vurğulayaq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTOİlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1245   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr