Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Oxu.Az Z.Mikayılov dosyesini təqdim edir:
O, 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.
Z.Mikayılov 1999-2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə "Paşa İnşaat" şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib.
Sədr 2016-2018-ci illərdə "Agro Dairy" MMC-də Baş Menecer vəzifəsində çalışıb. 2018-2021-ci illərdə "Azərbaycan Supermarketləri" MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
2021-ci ildən indiyədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri kimidir.
Ailəlidir, üç övladı var.
Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb