Əhalinin banklardakı əmanətləri azaldı - Deputat səbəbini AÇIQLADI

Əhalinin banklardakı əmanətləri azaldı - Deputat səbəbini AÇIQLADI"2021-ci ilin avqust ayından sonra sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb".

BiG.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır:

"Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub.

Bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir. Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentin gəlininin alpaka fermasından maraqlı - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Şamaxıda yerləşən alpaka fermasından fotolar paylaşıb. "Qafqazinfo" həmin fotoları təqdim edir:

28 fevral
.

"L.A Dent" klinikasında diplomsuz həkimlər ifşa olunub-Video

Baku TV-nin daxil olan şikayətdə vətəndaş iddia edir ki, "L.A Dent" klinikasında Turab Məmmədli adlı diş həkimi çalışır. Lakin onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur. "L.A. Dent" klinikasında həkim olmayanlar necə stomatoloq kimi çalışır ? Kanalın əməkdaşları adıçəkilən şəxsi

27 fevral
.

Fevralın son günü Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanı

27 fevral
.

Martın 3-də bu bayram QEYD OLUNACAQ

Azərbaycanda martın 3-də ilin ikinci çərşənbəsi - Od çərşənbəsi qeyd ediləcək. xəbər verir ki, xalq ənənəsinə əsasən, Novruz bayramından əvvəlki Boz ay müddətində ardıcıl olaraq Su, Od, Yel və Torpaq çərşənbələri keçirilir. Su çərşənbəsindən sonra Novruza hazırlıq mərhələsi Od çərşənbəsi ilə davam edir

1 mart
.

Azərbaycan XİN-dən regional hərbi eskalasiyaya dair BƏYANAT

"Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur". xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı regional hərbi eskalasiyaya dair bəyanatda öz əksini tapıb. Bəyanatda deyilir:. "Qəti şəkildə

28 fevral
.

İran BMT-ni ABŞ və İsrailin hərəkətləri ilə bağlı təcili tədbirlər görməyə çağırıb

İran Xarici İşlər Nazirliyi BMT-nin baş katibini və Təhlükəsizlik Şurasını ABŞ və İsrailin hərəkətləri ilə bağlı ən qısa zamanda tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir. "Bu gün səhər, Novruz ərəfəsində və müqəddəs Ramazan ayının onunc

28 fevral
.

Toy və yas mərasimləri ilə bağlı SƏRT QAYDA

Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli qərarınd

1 mart
.

Şamaxı dünəndən bəri 7-ci zəlzələ oldu

Şamaxıda növbəti dəfə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin maqnitudası 3.6 olub. Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb. Qeyd edək ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub

28 fevral
.

Azərbaycanda qar yağacaq - Bu tarixdə

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanı

28 fevral