"Siyasi partiyalar haqqında " qanun xarici qüvvələrin maraqlarına xidmət edən qüvvələrə böyük zərbədir" - Deputat
"Siyasi partiyalar haqqında" Qanun layihəsinin hazırlanması və qüvvəyə minməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların inkişaf etməsinə böyük təkan verəcək. Qanunda Venesiya Konvensiyasının siyasi partiyaların statusuna və fəaliyyətinə aid olan 132 tövsiyyəsindən 112 nin nəzərə alınması bu sənədin demokratikliyinə, eləcə də milli maraqlara tam uyğunluğuna zəmanət verir. "Siyasi partiyalar haqqında " yeni Qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikal qüvvələrin fəaliyyətinə böyük zərbədir".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
Deputat qeyd edib ki, dövlətçilik və ümummilli məsələlərdə müxalif olan radikal siyasi partiyalar düşünməli, xaricdəki Azərbaycana düşmən olan qüvvələrə deyil, dövlətin inkişafına, xalqın rifahına xidmət etməlidirlər:
"Prezident cənab İlham Əliyev öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, milli və dövlət maraqlarınl uca tutan digər siyasi partiyalar ilə dialoqun tərəfdarı olduğunu bildirmişdi. Müxalifətdə olan bəzi siyasi partiyalar da dövlət maraqlarını uca tutmaq şərti ilə cəmiyyətdə olan nöqsanları çatdırmalıdır. Bu, dövlətimizin inkişafına, cəmiyyətdə sağlam mühitin formalaşmasına xidmət edər. Prezident cənab İlham Əliyev hər zaman vurğulayır ki, iqtidarla digər siyasi partiyalar arasında ümummilli məsələlərdə heç bir fərqli fikir ayrılığı ola bilməz. Vətən müharibəsində ümummilli maraqları, dövlətimizin ərazi bütövlüyünü özlərinin müqəddəs amalı hesab edən siyasi partiyalar ölkə prezidenti cənab İlham Əliyevlə bir yerdə olduqlarını bəyan etdilər. Vətən müharibəsi və sonrakı dövrdə təxribatlar törətməklə ölkədə mövcud həmrəyliyə zərbə vurmaq arzusunda olan radikal siyasi partiyaları xalq yaxından tanıdı. Nəticədə bu "qüvvələr" xalq arasında nüfuzunu itirdi, eləcə də xalqın böyük nifrətini qazanmış oldular. Dövlətçilik və ümummilli məsələlərdə müxalif olan radikal siyasi partiyalar düşünməli, xaricdəki Azərbaycana düşmən olan qüvvələrə deyil, dövlətin inkişafına, xalqın rifahına xidmət etməlidirlər.
Prezident cənab İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün onlara hər cür şərait yaradılmışdır. İqtidar hər zaman siyasi dialoq prinsiplərinə sadiqlik nümayiş etdirib. Siyasi partiyalarla dialoq ölkədə açıq münasibətlərin bərqərar olmasına, siyasi proseslərə partiyaların öz münasibətlərini bildirməsinə şərait yaratmış olur. Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin dərinləşməsinə xidmət edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb