Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilibAprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib.

Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.
Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın əleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb.

Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb.

Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verib.

Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1016   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10 oktyabr
.

"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə

9 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr