Paşinyanın xanımı: "Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi"
"Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.
"Biz müharibədə Davidi (Ermənistan ordusunun əsgəri -red) və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı".
Anna Akopyan bununla yanaşı kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: "Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım".
Qeyd edək ki, Ermənistan müxalifəti müharibədəki məğlubiyyəti səbəbindən Paşinyanı və onun komandasını satqın, vətən xaini adlandırır. Anna Akopyan qeyd edib ki, tədbirlərdən birində iştirak edənlərdən bəziləri "satqınlara ölüm" qışqırırdılar: "Amma ətrafımızda 11 min (fərari -red) kişi vardı. Biz düşünməliyik, yenidən danışmalı və reallığı gizlətməməliyik. Ümid edirəm ki, satqın deyəndə, bu, şişirdilməməlidir, çünki bizdə mühakimə olunanlar, xüsusən zabitlər çoxdur. Amma satqınlara ölüm deyəndə yenə özümüzü analiz etmirik və bizimlə (mövcud hakimiyyətlə -red) heç bir əlaqəsi olmayan və ya ən yaxşı halda hökumət binasında oturan birini nəzərdə tuturuq"./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?