"Liverpul"un avtobusuna hücum olub, klub əməkdaşı xəsarət alıb
Kimliyi bəlli olmayan şəxslər "Liverpul"un "Mançester Siti" ilə oyunundan sonra "qırmızılar"ın avtobusuna hücum edib.
Bu barədə "The Sun" nəşri yazıb.
Məlumata görə, mersisaydlıların oyundan sonra evə qayıtdığı avtobus hücuma məruz qalıb və zədələnib. Nəqliyyat vasitəsinin pəncərəsinə kərpic atıldığı, nəticədə məşqçilər korpusunun nümayəndələrindən birinin xəsarət aldığı bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
"Şəhərlilər" də kənarda qalmayıb və bu hadisə ilə bağlı açıqlama yayıb.
"Mançester Siti" "Liverpul"un əməkdaşının bugünkü oyundan qayıdarkən zədələndiyi haqqında bilgiləndirilib. Anladığımız qədər, yaşayış ərazisində komandanın avtobusuna tərəf əşya atılıb.
Bu qəbildən olan hadisələr qətiyyən yolverilməzdir və biz məsuliyyət daşıyan şəxslərin hərəkətlərini qətiyyətlə pisləyirik. Biz bu hadisənin Böyük Mançester polisi tərəfindən araşdırılmasına əlimizdən gələni edəcəyik.
Bundan başqa, klub bugünkü oyun zamanı ev azarkeşlərindən yerli qışqırıqlar eşitdiklərinə görə məyusdur. Biz bu qışqırıqların səbəb ola biləcəyi hər hansı bir təhqirolunmaya görə təəssüflənirik və bu cür nifrət nitqini matçlarımızdan yığışdırmaq üçün işləməyə davam edəcəyik", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, aprelin 1-də "Etihad" stadionunda baş tutan "Mançester Siti" – "Liverpul" qarşılaşması - hesabın "qırmızılar" tərəfindən açılmasına baxmayaraq - Pep Qvardiolanın yetirmələrinin 3 top üstünlüyü ilə qələbəsi ilə başa çatıb – 4:1.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 842 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrŞahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabr