Moskva hədələdi, İrəvan fikrində qətidir - Bu addımı atacaqlar
"Ermənistan Rusiya ilə münasibətlərə xələl gətirmədən Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Roma Statutunun ratifikasiyası üçün addımlar ata bilər".
Bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Biz Rusiya Federasiyasının ifadə etdiyi narahatlığı eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik", - deyə Arşakyan bildirib.
O, etiraf edib ki, İrəvan Moskva ilə müqavilə bağlaya bilər, ona görə də Roma Statutu iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.
Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunda təsbit edilmiş öhdəlikləri ölkə Konstitusiyasına uyğun olaraq tanıyıb. Roma Statutunun ratifikasiyası Ermənistanın üzərinə öhdəlik qoyacaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basacağı təqdirdə onu həbs etsin.
Bundan az sonra Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, məhkəmənin Rusiya rəhbərliyinə qarşı son həbs qərarı fonunda Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
Rusiyalı ekspertlər vurğulayırlar ki, İrəvanın bu addımı Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Hətta qeyd edirlər ki, bu, Putinin səbrini daşıracaq son damla ola bilər./Publika
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi