"O dövrün iqtidarsız, səriştəsiz rəhbərliyi Kəlbəcərin işğalına səbəb oldu"

"O dövrün iqtidarsız, səriştəsiz rəhbərliyi Kəlbəcərin işğalına səbəb oldu""2 aprel - Kəlbəcərin işğal günüdür. 2020-ci ilə qədər biz bu tarixi daha çox hüznlə, qüssə ilə xatırlayırdıq. Azərbaycan xalqının tarixində Kəlbəcərin işğal olunması da hər bir qarış torpağımız kimi qəbul olmaz hal idi. Bu, tariximizdə qara ləkə idi. O dövrün təsadüfi hakimiyyətə gəlmiş, iqtidarsız, səriştəsiz rəhbərliyi sayəsində Kəlbəcər, Şuşa, Laçın və digər rayonlarımız işğal olundu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun qələbəsindən sonra bütün torpaqlarımızla yanaşı Kəlbəcər də işğaldan azad olundu".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması əldə olunmuş ən böyük hərbi-diplomatik uğurlardan biridir:

"30 ilə yaxın düşmən tapdağında qalan torpağımız bir güllə belə atılmadan azad edildi. Bu, bir tərəfdən dövlətimizin siyasi gücünün, digər tərəfdən Ordumuzun və Ali Baş Komandanımızın qüdrətinin nəticəsi idi. Hesab edirəm ki, Kəlbəcər kimi çətin relyefə sahib rayonun bir güllə belə atılmadan azad edilməsi Ali Bas Komandanın uğurlu diplomatiyasının zirvəsi idi.

Kəlbəcərin 30 ilə yaxın erməni vandallarının vəhşiliyinə məruz qaldığını düşünmək ürək ağrıdıcıdır. Bir tərəfdən də Ağdaban faciəsi, Kəlbəcərdə törədilən digər soyqırımlarının qurbanlarının ruhunun dinclik tapdığını qeyd etməliyik. 1990-cı illərdə olduqca ağır şəraitdə, Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə qaçqın və məcburi köçkünlərimiz Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilirdi. Xalqımız min illər boyu orada yaşamış, tarixi irs qoymuşdu. Abidələrimiz, mülklərimiz, dədə-babalarımızın məzarları Kəlbəcər torpaqlarında idi. Ermənilər hər şeyi vəhşicəsinə dağıtmışdılar. Hətta qəbirləri söküb, təhqir edirdilər. Bütün bu vəhşiliklərin layiqli cavabı Ordumuz tərəfindən verildi. Allah hər bir qarış torpağımız üçün canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan bu gün bütün dünyada qalıb ölkə kimi tanınır. Biz Ali Bas Komandanımızın haqqın və ədalətin bərpası naminə verdiyi əmriylə yumruq kimi birləşərək, bütün haqsızlıqlara son qoyduq. Dövlətimizin başçısına can sağlığı, Rəşadətli Ordumuza güc-qüvvət arzulayırıq. Azad olunmuş torpaqlarımız artıq nəfəs alır, düşmən tapdağından xilas olub və abadlaşır. Azərbaycan xalqı Böyük Qayıdışa hazırlaşır. Əminik ki, Kəlbəcər, Laçın, Şuşa, bütün Azərbaycan torpaqları gündən-günə dirçələcək, çiçəklənəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1354   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr