Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Sədi Musayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbir iştirakçılarına S.Musayevin şərəfli həyat yolu haqqında məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1433 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub
6 mayAzərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Prezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır. Fərmanla müəyyən edili
14 mayLiderlərin səmimi anları - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə bir sıra mədəni mərkəzlərlə tanış olub. "Qafqazinfo"nun məlumatına görə, dövlə
15 mayPrezidentin həmin çıxışından - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:
4 may