İlham Əliyev: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir"
"Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir, əlaqələrimizin böyük hissəsi energetika sahəsi ilə bağlıdır".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir. Eyni zamanda, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracından ibarət olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 844 Tarix: 03 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr