Cənubi Sudan Konqoya qoşun göndərən dördüncü ölkə oldu
Şərqi Afrika Birliyinin (EAC) üzvü olan Cənubi Sudan üsyançılara qarşı mübarizə aparan Konqo Demokratik Respublikasına qoşun göndərən dördüncü ölkə olub.
Sonxeber.az xəbər verir ki, Keniya, Burundi və Uqandadan sonra Cənubi Sudan əsgərləri KDC-nin Qoma şəhərinə çatmağa başlayıb.
Üsyançı 23 Mart Hərəkatına (M23) qarşı tampon rolunu oynayacaq və üsyançılarla birbaşa vuruşmayacaq Şərqi Afrika Birliyinə (EAC) üzv əsgərlərin sayının tezliklə 10.000 nəfərə çatacağı gözlənilir.
Uqanda ümumilikdə 5000 əsgər göndərməyi planlaşdırdığı halda, Anqola 500, Cənubi Sudan 750 və Keniya 1000 əsgər göndərəcək.
Burundinin sülhməramlı qüvvələrə neçə əsgərinin qoşulacağı hələlik bəlli deyil.
KDC Ruandanı qızıl, koltan və kobalt kimi metallar və minerallarla zəngin torpaqlarını öz maraqları üçün işğal etmək cəhdində və M23 üsyançılarına dəstək verməkdə ittiham edir, Ruanda isə bu iddiaları rədd edir.
Şərqi Afrika İcması M23 irəliləyişindən sonra KDC-nin şərqinə sülhməramlılar yerləşdirməyə qərar vermişdi.
Birləşmiş Millətlər Təşkilatının ölkədəki missiyasında da 14 min sülhməramlı var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1194 Tarix: 03 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail HƏMAS komandirlərini öldürdü
İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını
9 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrDünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
9 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrMakron istefa verdi
Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir
9 oktyabrRusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri
8 oktyabr