İlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTO

İlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və "Azəri-Mərkəzi-Şərqi" layihəsinin baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, "Azəri-Mərkəzi-Şərqi" layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri altı milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG "Faza 2" sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressor və suvurma platformasından "Azəri-Mərkəzi-Şərqi" qurğularına nəql etmək məqsədilə "Azəri-Mərkəzi-Şərqi" və "Şərqi Azəri" platformaları arasında suvurma boru xətti olacaq.

Məlumat verilib ki, "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi "qaldırma və sürüşdürmə" əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə "Azəri-Mərkəzi-Şərqi" platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra görülən işlərlə bağlı videoçarx nümayiş olunub.

Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib.

Yeni "Azəri-Mərkəzi-Şərqi" platformasının əməliyyatlar üzrə meneceri Fuad İsmayılov:

- Salam, hörmətli Prezident. Biz hazırda platformanın yaşayış blokunda əməliyyatların idarə olunması mərkəzindəyik. Bu mərkəzin əsas iş prinsipi Səngəçal terminalındakı idarəetmə otağında və platforma arasında rabitə əlaqələri kəsildikdə və fövqəladə vəziyyətdə bütün əməliyyatları buradan təşkil etməkdir.

Cənab Prezident, onu da fəxrlə qeyd etmək istəyirəm ki, bu, bp şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarəedilən platformasıdır. Hazırda bizim əməkdaşımız Səngəçal terminalındakı əsas idarəetmə otağından Sizi salamlayacaq.

Baş operator Seyidağa Kərimli:
- Salam, hörmətli Prezident. Mən Səngəçal terminalındakı yeni "Azəri-Mərkəzi-Şərqi" platformasının əsas idarəetmə otağının baş operatoruyam. Hazırda buradan bütün əməliyyatlarımızın idarə olunduğu nəzarət otağındayam. Burada tətbiq olunan texnologiya ən müasir, sınaqdan keçmiş və beynəlxalq standartlara uyğundur.

Cənab Prezident, bp şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarə prinsipi çərçivəsində əsas idarəetmə otağımız dəniz platformasından, ümumiyyətlə, qaz quyularının istismarı, alınmış xam neft və qazın ilkin ayrılması və nəqli prosesləri daxil olmaqla, bütün əməliyyatların idarə edilməsi üçün layihələndirilmişdir. Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sizə uğurlar.

Əməkdaşlar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modulları qurğusunun dənizə rəmzi yola salınmasını bildirən düyməni basıblar.

Bildirilib ki, tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu "STB-1" daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra "Azəri-Mərkəzi-Şərqi" platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.

Xatırladaq ki, "Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.

Qeyd edək ki, "Azəri-Mərkəzi-Şərqi" layihəsi üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.

Sonda xatirə şəkli çəkdirilib.

10:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev yeni platformanın üst modullarının dənizə rəmzi yola salınması mərasimində - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1011   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr