"İranın deputatları yaxşı olardı ki, Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə ölkəsindəki ciddi problemləri həll etsinlər" - DEPUTAT

"İranın deputatları yaxşı olardı ki, Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə ölkəsindəki ciddi problemləri həll etsinlər" - DEPUTAT"İran parlamenti mitinqlərdə iştiraka görə həbs olunmuş 15 min nəfər insanın edam edilməsi ilə bağlı qəbul etdiyi qərar fars rejiminin növbəti vəhşilikdir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, parlamentin 290 deputatından 227-nin qərarın lehinə səs verməsi, İranın növbəti anti-insani davranışıdır:

"Öz insanına qarşı bu cür davranan bir ölkənin deputatları hansı haqla Azərbaycanın xarici işinə qarışır. İran parlamentinin çıxardığı qərar vəhşilikdən başqa bir şey deyil. Əslində işğalçını dəstəkləyən ölkənin parlamentinin belə bir qərar verməsi təəccüblü deyil. İran parlamentin çıxardığı qərar əslində bir ölkənin problemi deyil, insanlıq əleyhinə çıxarılmış qərardır. Ona görə də düşünürəm ki, insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar İran parlamentinin çıxardığı bu qərarla bağlı əsaslı tədbir görülməlidir".

Deputat vurğulayıb ki, İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi bəyanat da fars rejiminin ölkəmizə qarşı növbəti təxribatdır:

"İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanat əsassızdır. Bəyanata 210 deputat səs verib. Eyni zamanda, deputatlar İran Xarici İşlər Nazirliyini bu məsələ ilə bağlı lazımi diplomatik addımlar atmağa çağırıb. Bu bir başa başqa ölkənin xarici siyasətinə qarışmaqdır. Təbii ki, bu qəbuledilməzdir. "44 günlük Vətən müharibəsindən sonra dost bildiyimiz bütün ölkələrin əsil simasını gördük. Eləcə də İranın. Azərbaycan müstəqil ölkədir və harda istəyirə orda da səfirlik açmaq hüququna malikdir. İran müsəlmanlara belə dəyər verirsə niyə Azərbaycan xalqına qarşı müxtəlif vaxtlarda soyqırım aktları törədən Ermənistanla qardaşlıq münasibətindədir. İran və onun havadarlıq etdiyi Ermənistan bilməlidir ki, Azərbaycan müstəqil ölkədir və 90-cı illərin əvvəllərindəki kimi zəif deyil. Bu gün ölkəmizin gücül, nəyi, nə zaman edəcəyini yaxşı bilən dövlət başçısı var. Nə Ermənistan, nə də İran bu gün öz çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Çünki ölkəmiz 90-cı illərin əvvəllərində olduğu kimi gücsüz və sahibsiz deyil. Bu gün ölkəmizin güclü, nəyi,nə zaman edəcəyini yaxşı bilən Ali Baş Komandanı, Müzəffər Ordusu var. Ölkəmizə qarşı yönələn hər bir təxribatın cavabı da ölkəmiz tərəfindən sərt şəkildə veriləcəkdir. İranın deputatları yaxşı olardı ki, Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə öz ölkəsindəki ciddi problemləri həll etsinlər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 06 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bənövşəyi xəttin şərti adı "B-04" olan sayca 5-ci stansiyanın məkan

30 aprel
.

3 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı vətəndaşları ardıcıl üç günlük istirahət gözləyir. Qaynarinfo xəbər verir ki, 9 may tarixi şənbə gününə düşür. Mövcud qanunvericiliyə görə, əgər bayram günü həftəsonu ilə üst-üstə düşərsə, həmin istirahət günü növbəti iş gününə keçirilir. Bu səbəbdə

30 aprel
.

Qarın qalınlığı yol nişanlarını keçdi - VİDEO

Aprel ayının son günlərinə yaxınlaşılmasına baxmayaraq, aralıqlı şəkildə davam edən qar yağışı Türkiyənin bəzi bölgələrində həyatı çətinləşdirməyə davam edir. türk mediasına istinadən xəbər verir ki, xüsusilə Ardahan-Posof avtomobil yolunun 2550 metr yüksəklikdə yerləşən Ilgar Dağı keçidində qar qalınlığını

28 aprel
.

Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Açıqlamada vurğulanıb ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədo

30 aprel
.

TikTok canlılarına hədiyyə atmaq üçün evini satdı

Türkiyədə yayımlanan "Müge Anlı ile Tatlı Sert" verilişində gündəmə gələn Kadir Cem Düdük heç vaxt tanımadığı anası Fatma Balakanı tapmaq üçün proqrama müraciət edib. türk mediasına istinadən xəbər verir ki, veriliş zamanı gənc diqqətçəkən etiraflar da edib. O bildirib ki, TikTok platformasınd

30 aprel
.

İlk finalçı məlum oldu - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub. xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər. Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb. Adını final

29 aprel
.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

Avtomobil qəzası zamanı tərəflər arasında zərərin ödənilməsi necə tənzimlənir? - AÇIQLAMA

Avtomobil qəzaları gündəlik həyatda ən çox rast gəlinən hüquqi mübahisələrdən biridir. Belə hallarda zərərin kim tərəfindən və hansı qaydada ödənilməsi məsələsi tərəflər arasında ən çox müzakirə olunan mövzuya çevrilir. Bəs görəsən avtomobil qəzası zamanı tərəflər arasında zərərin ödənilməsi necə tənzimlənir

29 aprel
.

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ

Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsini

28 aprel