Hərbi Prokurorluq xüsusi təyinatlılarla birlikdə "Heydər Əliyev İli" ilə bağlı tədbir keçirib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin birgə tədbiri keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, əbədiyaşar liderin və qəhrəman Vətən övladlarının əziz xatirələrinə dərin ehtiram ifadə olunub.
İştirakçılar dahi şəxsiyyətin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Tədbirdə çıxış edənlər istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqımızın əzmkarlığından danışıblar.
Bundan başqa, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə xüsusi vurğulanaraq, müharibə dövründə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1027 Tarix: 06 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabrLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabrPensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin
10 oktyabr1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
11 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrLaçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb
2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay
10 oktyabr