Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." - Yevlaxda şok olay

Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." - Yevlaxda şok olayYevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Leylanı öldürüb, qonşusu İlqara (adlar şərti verilib - red.) isə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məmməd 9 fevral 2022-ci ildə səhər saat 05:30-da yaşadığı Yevlax rayonunun kəndində fərdi yaşayış evinin yataq otağında arvadı Leylaya heyvanları bu gün sahəyə özünün aparacağını deyib.

Leylanın - "məni indi kimə qısqanırsan?", - sualına cavabda, onu bir dəfə İlqarla gördüyünü deyib.

Leylanın yaxşı elədiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı olmayacağını deməsinə əsəbiləşib. Əvvəllər arvadı ilə birlikdə yaşadığı evin tövləsindən çıxdığını gördüyü həmkəndlisi İlqarı öldürmək qərarına gəlib. Evdə saxladığı tüfəngdən açdığı atəşlə Leylanı öldürüb.

Leylanın öldüyünə əmin olduqdan sonra saat 05:50-də yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan İlqarın evinin həyətinə gedib. Yerdən götürdüyü daşla eyvanın döşəməsini döyüb və İlqarı səsləyib. İlqar qapını açıb eyvana çıxanda ona tərəf atəş açıb.

İlqara Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən İlqarı onların həyətindən çıxan görüb və arvadının ona xəyanət etməsindən şübhələnib:

"Çünki əvvəllər İlqar heç vaxt bizə gəlməmişdi. Arvadım Leyla ilə aramızda mübahisə yarandı və ona xəsarət yetirdiyim üçün Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra amnistiyaya düşdüm və həbsdən azad edildim. Amma mərhum arvadımın hərəkətini bağışlaya bilmədim. Həbsdən qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm".

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq edib.

Məmməd ibtidai istintaqa deyib ki, hadisə günü səhər saat 05:30-da yuxudan oyanıb, çaynikə su doldurub və qaynaması üçün qaz sobasının üzərinə qoyub:

"Həmin vaxt arvadım da yuxudan oyandı. Ona torpaq sahəsinə getdiyimi, qayıdandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özümün aparacağımı dedim.

Leyla çarpayıda uzanıqlı vəziyyətdə mənə - "indi kimə qısqanırsan?", - dedi. Mən də Leylaya - "mən səni bir dəfə İlqarla görmüşəm", - dedim. Leyla da mənə evdə oturmayacağını söylədi".

Məmməd qeyd edib ki, Leyla onunla mübahisə edən zaman çarpayıda uzanıqlı vəziyyətdə olub:

"Arvadımla mübahisədən sonra yataq otağında divanın altında olan qoşalülə "16-lıq" tüfəngi götürdüm. Leylaya tərəf yaxınlaşdım. Aramızda məsafə təxminən bir metr olardı.

Tüfəngi Leylaya tərəf tutdum. Silahı görən Leyla qışqırmağa başladı. Onun baş nahiyəsi istiqamətində atəş açdım. Lakin qırmanın Leylanın hansı nahiyəsinə dəydiyini görmədim.

Qoşalülə tüfəngi 28 fevral 1993-cü ildə Ağdam rayonundan tapmışam. O vaxtdan da yataq otağımdakı divanın altında saxlamışam".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə atəş açıb və qadının boğaz nahiyəsindən qan gəldiyini görüb:

"Cibimdən siqaret çıxararaq çəkdim. Siqareti çəkdikdən sonra 1 stəkan çay içdim. Saat 6 radələrində 100-130 metr aralıda yaşayan həmkəndlim İlqarı öldürmək məqsədi ilə tüfəngi də götürdüm və yaşadığı evə tərəf getdim. Bunun üçün psixi xəstə olan həmkəndlim Əlinin yaşadığı evin həyətindən İlqarın həyətinə keçdim.

Yerdən daş götürdüm, evin eyvanındakı taxta döşəməyə vurdum. İlqar çölə çıxmadığı üçün bundan sonra bir neçə dəfə daşla döşəməni döydüm. Nəhayət, İlqar evdən eyvana çıxdı".

Məmməd qeyd edib ki, aralarında məsafə təxminən 7-8 metr olub:

"İlqarı görən kimi qoşalülə tüfənglə bir dəfə ona atəş açdım. O, qışqırdı, mən də həyətdən çıxdım. İlqara hansı nahiyəsindən xəsarət yetirdiyimi bilmədim".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 18 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2011   Tarix: 06 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

Ov mövsümü başladı

Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat

10 oktyabr
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

11 oktyabr
.

Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb

2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ

10 oktyabr
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr
.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr