İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLAR
Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böyük əksəriyyətiniz eşitmisiniz. Belə bir fikir əsasən də yaşı 40-dan yuxarı olan, daha doğrusu, ömrünün müəyyən hissəsini müstəqillikdən əvvəlki dönəmdə keçirmiş insanların beynində formalaşıb. Donuz ətinin İslamda haram buyurulduğunu dərk etdiyimiz üçün "Halal" etiketli kolbasa və ya sosiska axtaranda hətta o şəxslərin bu cür tənəsinə də məruz qalırıq: "Əşşi, ağzının dadını bilmirsən". Amma kimdir axı o iradlara məhəl qoyan?! Hər əməlimiz haramdan uzaq olduğu kimi, mədəmizin də halallıqla dolmasına can atırıq... Odur ki, ərzaq mağazalarında satıcılardan halal məhsul – mal və quş ətlərindən hazırlanmış kolbasa, sosiska istəyirik. Təbii ki, istədiyimizi də alıb yeyirik. Amma...
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülərək müvafiq laboratoriyalara təqdim olunması və sınaq nəticəsində 9 məhsuldan götürülən nümunələrin normativ sənədlərin tələblərinə cavab verməməsi barədə məlumat yayıb. O da müəyyən edilib ki, sözügedən ət məhsullarının bəzilərinin üzərində mal ətindən hazırlandığı bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.
Publika.az sözügedən məsələ ilə əlaqədar qida ekspertlərindən açıqlama alıb.
"İddia olunur ki, uyğunsuzluq aşkar edilən həmin məhsulların hazırlanmasında donuzun sümüklərindən (üyüdülmüş şəkildə), toyuğun dərisindən və digər müxtəlif çıxıntılardan istifadə edilib. Aydındır ki, burada məqsəd məhsulun maya dəyərinin ucuz başa gəlməsidir. Həmçinin qeyd olunan o kolbasa və sosiskalara oksidləşməyə qarşı rəngləndirici (mal əti təəssüratını yaradan qırmızı rəng) və dadlandırıcı kimyəvi maddələr qatılır", - ekspert Ağa Salamov bildirib.
A.Salamov bildirib ki, işbazların bu addımı yalnız insanların sağlamlığına zərər vurmaq kimi deyil, eyni zamanda istehlakçı hüquqlarına hörmətsizlik, alıcıların aldadılması kimi qiymətləndirilməlidir.
Ekspert onu da vurğulayıb ki, evsayağı hazırlanan kolbasa və sosiskaların nisbətən keyfiyyətli olduğunu düşünür: "Çünki istehsal şirkətlərindən fərqli olaraq, ən azından onların hazırlanmasında kimyəvi qatqılardan istifadə olunmur".
Mövzu ətrafında fikirlərini bölüşən mütəxəssis Seymur Qafarov isə qeyd edib ki, dövlətimiz xalqa "halal məhsul" adı altında kələk gələn haramzadə sahibkarlara qarşı daha ciddi tədbirlər görməlidir. Qida mütəxəssisi bu yöndə öz təkliflərini irəli sürüb:
"Riskli və xüsusi riskli məhsulların reyestri yaradılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalı, həmin monitorinqlərin nəticəsi olaraq, şirkətlərə bir ulduz və ya nişan verilməlidir. Həmin ulduz (nişan) məhsulun etiketində qeyd olunmalıdır. Məsələn, etiketin üzərində iki ulduz olmalıdır. Onlardan biri gigiyenik qaydalara riayəti, ikincisi isə təhlükəsizlik məqsədilə laborator analizlərin nəticəsini əks etdirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1545 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrAvtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
11 oktyabrMasazırda 4 avtomobil külə döndü - Video
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i
10 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabrYol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabr