İran şiəliyi belə parçaladı: Molla rejimi Azərbaycanın 464 şəhər və kəndində 43 milyon dolları nəyə xərcləyib?

İran şiəliyi belə parçaladı: Molla rejimi Azərbaycanın 464 şəhər və kəndində 43 milyon dolları nəyə xərcləyib?"Radiofərda"("Azadlıq" radiosunun fars xidməti) və "Al-arabiya"-da Azərbaycan və İran şiəliyinin fərqinə həsr olunmuş yazılar dərc olunub. Yazılardan biri "Əli (Xamenei) Əliyevə qarşı", digəri "Milli şiəlik kosmopolit şiəliyə qarşı" adlanır. Yazılarda İranın həyata keçirdiyi "islam inqilabı ixracı" konsepsiyasının bütün dünyada şiəliyin parçlanmasına təsirindən bəhs olunur. Qeyd olunur ki, Şərqdə Səfəvi və Osmanlı dövründən bəri davam edən sünni-şiə qarşıdurması yenilik deyil. Amma keçmiş Sovet İttifaqının dağılmasından və şiə çoxluğa malik Azərbaycan Respublikası adlı başqa bir ölkənin yaranmasından sonra şiə dünyası daxilində qarşıdurma, rəqabət və hətta düşmənçilik yeni bir hadisədir.

Adətən, Tehran-Bakı münasibətlərində gərginliyin səbəblərindən danışanda qeyd olunur ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğunu çoxsaylı azəri icması olan İran özü üçün ekzistensial təhdid olaraq görür. Bu məqalədə isə İranın Azərbaycanı özünə ekzistensial təhdid kimi görməsinin daha bir səbəbi göstərilir: siyasi şiəliyin hakim olduğu İran şiə dünyası üçün alternativ təqdim edən - dünyəvi siyasi sistemi, lakin əhalisinin əksəriyyəti şiə olan Azərbaycanı qəbul edə bilmir. Bu da Bakı və Tehran arasında gərgin münasibətlərin əsas səbəbidir.

Müəllif qeyd edir ki, şiələr arasında bu daxili çəkişmə İraqda Səddam Hüseynin devrilməsi və Bağdadda yeni şiə hökumətinin hakimiyyətə gəlməsi ilə daha da vüsət aldı. İranın İraqda dəstəklədiyi şiə qrupları ilə Sədr hərəkatı arasında fikir ayrılıqları səbəbindən hökumətin devrilməsi dünya şiələrinin Tehranın hökmranlığına qarşı çıxmasına parlaq nümunə idi.

Xatırladılır ki, indi Livanın şiə bölgələrində də İslam Respublikasının dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına qarşı səslər getdikcə ucalır. Əgər əvvəllər şiə etiraz hərəkatları şiə dünyasını birləşdirmək arzusunda idisə, indi bu hərəkatlar əks istiqamətdə gedir və millətçi şüarlar səsləndirirlər. İran 20-ci əsrin sonlarında regionda ən böyük şiə dövləti kimi formalaşıb əvvəlcə şiə hərəkatlarının hərəkətverici qüvvəsinə çevrilsə də, "inqilab ixracı" siyasəti tədricən onun şiə dünyasında birlik əleyhdarı kimi qəbul olunmasına gətirib çıxardı.

Azərbaycan- İran münasibətlərinə gəlincə, Rafiq Tağının qətlinin sifariş edilməsi yada salınır, deyilir ki, deputat Fazil Mustafaya sui-qəsdlə bağlı əlaqələr kəskinləşib. 1991-ci ilin avqustunda Azərbaycan Respublikası sovet rejimindən müstəqilliyini elan edəndən bəri Bakı ilə Tehran arasında münasibətlər həmişə düşmənçilik xarakteri daşımasa da, heç vaxt dost xarakterində də olmayıb. Müəllifə görə, Sovet İttifaqının dağılması bir vaxtlar eyni tarixi bölüşmüş iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilərdi, lakin Tehran rejiminin ideoloji mövqeyi Bakıda narahatlıq üçün əsaslar yaradırdı.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk aylarda birinci prezident Ayaz Mütəllibovun hökumətini tanıyanda, Tehranda belə bir ümid var idi ki, bu yeni müstəqil respublika da tez bir zamanda şiə inqilabı prinsiplərini mənimsəyəcək. Dini lider Əli Xamenei İranın Azərbaycan kimi ölkələrlə "mənəvi" bağlılığını vurğulasa da, elə ilk günlərdən nəzərlərini hökumətə deyil, daha çox Azərbaycan şiələrinə dikib.

İslam rejimi məktəb dərsliklərinə "Azərbaycanın İslam dövləti olması, burda azan verilməsi, məscidlər olmasını vurğulayan mətn də əlavə edib. Əslində Tehran hökuməti İran xalqı arasında belə bir fikir yaratmağa çalışırdı ki, Bakı "İranın digər şəhərləri kimi" oxşar mədəniyyət və dinə malikdir.

"Amma 1992-ci ilin yayından Azərbaycanda prezident seçkilərində Əbülfəz Elçibəyin qalib gəldiyi vaxtdan Tehranla Bakının münasibətləri pisləşdi. Elçibəy Azərbaycanın kommunist olmayan ilk prezidenti, Türkiyə dünyəviliyinə heyran olan və Ankaraya yaxın millətçi idi. Elçibəydən sonra hakimiyyətə gəlmiş Heydər Əliyev dövründə iki ölkə Xəzərin hüquqi statusu kimi məsələlərdə həmişə bir-biri ilə zidd mövqelərdə olsa da, "vahid Azərbaycan" tələbləri rəsmi səviyyədə səslənmirdi. Bakı istəmirdi ki, Tehran hakimiyyəti cavab olaraq ona qarşı şiəlikdən siyasi alət kimi istifadə etsin".

Yada salınır ki, Heydər Əliyev dövründə Azərbaycanda milli rəmzlərin möhkəmləndirilməsinə, eyni zamanda dini rəmzlərin və ziyarətgahların dirçəldilməsinə cəhdlər edilib. Bu, həm də şiəliyi İranın təsirindən çıxarmaq, milliləşdirmək cəhdi idi. Xatırladılır ki, "milli şiəlik" fenomenini digər ölkələrdə, xüsusən də İraq və Livandakı "ərəb şiəliyi"ndə də müşahidə etmək olar. Lakin Tehran milliliyi rədd etməkdə və "İslam beynəlmiləlçiliyi"nə bağlılıqda sünni qruplaşmalarından fərqlənmir.

Bildirilir ki, Heydər Əliyevin mülayim davranışına baxmayaraq, islamist rejim Azərbaycan şiələri arasında xüsusi iş aparmaq siyasətindən qətiyyən əl çəkmədi. İslamist rejim son onilliklərdə ekstremist islamçıların ciddi təsirə malik olduğu və hökumətə qarşı etirazların qeydə alındığı ərazilərə, məsələn, Bakı yaxınlığındakı Nardarana sərmayə qoymağa və Əliyev hakimiyyətinə qarşı bu etirazlardan yararlanmağa çalışıb. İranda "Nardaran şəhidlərinin" anım mərasimi də keçirilir.

Müəllif yazır ki, Azərbaycan əhalisinin əksəriyyətinin şiə olmasına rəğmən, çoxkonfessiyalı və multikultural ölkədir, lakin Tehran Azərbaycan Respublikasının radikal şiələri vasitəsilə öz ssenarisini həyata keçirmək niyyətindədir. Necə ki, Livan, İraq və Yəməndə buna can atır. İslam Respublikası Qafqaz müsəlmanlarının dini liderini tanımır, əksinə, Bəsrə körfəzinin ərəb ölkələrində etdiyi kimi, şiə müxalifəti formalaşdırmağa çalışır. Məsələn, İran hökuməti "Hüseyniyyun" şiə qruplaşması yaradıb, Tövhid İbrahimbəyli kimi əlaltılarını Azərbaycanın "İslam müqaviməti"nin liderləri kimi təqdim edir.

İddia olunur ki, əcnəbi din xadimlərinin hazırlanmasında ixtisaslaşan Əl-Mustafa Əl-Aləmiyyə Universiteti Azərbaycana inqilab ixracı ilə bağlı işlərdə mühüm rol oynayır. "İran ruhani seminariyaları və SEPAH, xüsusən də Qasim Süleymaninin komandanlığı dövründə "Qüds" korpusu Azərbaycana nüfuz etmək ambisiyalarına malik idi" . İslam rejiminin dəstəklədiyi Azərbaycan şiələrindən Orxan Məhəmmədov SEPAH Qüds Qüvvələri ilə əlaqəli olduqlarını etiraf edir.

Yeri gəlmişkən başqa bir yazıda ("İranwire" saytı) isə məlumat verilir ki, İslam rejiminə bağlı təsisatlar Azərbaycanda şiə geosiyasi alətləri kimi fəaliyyət göstərib. Çoxlu sayda tələbələrin İranda təhsili, Azərbaycanda dini mərasimlərin keçirilməsi, azərbaycandilli saytlar maliyyələşdirilib . 2011-ci ildə fəaliyyəti dayandırılan İmdad Xomeyni Komitəsi Azərbaycanın 464 şəhər və kəndidə iş aparmış, 20 illik fəaliyyəti müddətində 43 milyon dollar vəsait xərcləmişdi.

"Radiofərda" qeyd edir ki, Qərbə və İsrailə yaxınlaşma Bakının xomeynist rejimin şiə dünyasında hegemonluğuna qarşı müdafiə diplomatiyasından irəli gəlir. Məsələ "Azərbaycan dünyəvi şiəliyi" ilə "İran məzhəb şiəliyi" arasındakı intellektual fərqlərlə bitməyib, əksinə, bu münaqişənin iki tərəfindən biri İsraillə ittifaq yaradıb. Bakının bu münasibətlərin üçüncü tərəflərə qarşı yönəlmədiyi haqda bəyanatları Tehranı qətiyyən sakitləşdirmir , xüsusən də Azərbaycan Respublikası ilə İsrail arasında hərbi əməkdaşlıq, təhlükəsizlik və iqtisadi əməkdaşlıq strateji xarakter aldığından. İran hesab edir ki, bölgədəki əzəli rəqibi onun Şimal-Qərb sərhədlərindən axan Araz çayının o biri sahilində yerləşməyə başlayıb.

Müəllifə görə, Azərbaycanın daxili siyasətinə İslam rejimin amansız müdaxiləsi o deməkdir ki, Əliyev hakimiyyətinin istənilən siyasi açılıma getməsi siyasi islamçılığın yayılması və onun ağır nəticələrinin ölümcül riski ilə müşayiət olunardı: "Hazırda İranda və ya Əfqanıstanda müşahidə olunana bənzər bir islami rejimin qurulması Azərbaycan Respublikasında da vətəndaş azadlıqlarını oralarda olduğu kimi məhv demək olardı".

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2285   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan və İran arasında keçirilən görüş, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır" - ŞƏRH

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regiona

23 yanvar
.

"Sülh Şurasına üzv seçilməsi Azərbaycanın beynəlxalq arenada artan rolunun təsdiqidir" - AÇIQLAMA

"Yanvarın 22-də Davosda keçirilən Prezident İlham Əliyev və Donald Trampın görüşü Azərbaycan-ABŞ münasibətlərində tarixi əhəmiyyətə malik olan bir tədbir olaraq dəyərləndirilməlidir. Görüş Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurasının" Nizamnaməsinin təntənəli imzalanması il

23 yanvar
.

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcəklər

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğu

26 yanvar
.

Prezident ailəsinin Trampla - Fotoları

Leyla Əliyeva Prezident və ailəsinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla Davos İqtisadi Forumu çərçivəsində görüşündən paylaşım edib. "Qafqazinfo" Prezident ailəsinin Trampla görüşündən fotolarını təqdim edir:

22 yanvar
.

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

Son 22 il ərzində Azərbaycanın bütün sahələrdə inkişaf edərək iqtisadi tərəqqi əldə etməsi, daxili və xarici siyasətdə qazandığı uğurları, ən başlıcası isə Ermənistan ilə 30 illik qanlı qarşıdurmaya son qoyularaq işğal altında olan torpaqların azad edilməsi məhz Prezident İlham Əliyevin intellekti, müdri

23 yanvar
.

"Güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə, ən mürəkkəb münaqişələr belə sülh yolu ilə həll edilə bilər" - DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il fevralın 4-də Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlərdə sülhün real mexanizmlərini əks etdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilir", - bunu -a açıqlam

6 fevral
.

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib

Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 09:10. Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

4 fevral
.

Maliyyə institutları tərəfindən məlumatların verilməsi qaydalarında dəyişiklik edildi

Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və sənədlərin verilməsi qaydalarında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən,maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqd

26 yanvar
.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Əbu-Dab

5 fevral