İnsanlarının bir-birinə borc vermədiyi ada ölkəsi
Yeni Zelandiya bizim üçün ən uzaq ölkələrdən biridir. Ora ikitərəfli təyyarə bileti bəzən bir avtomobilin qiymətinə başa gələ bilər. Yeni Zelandiya haqda çox şey də bilmirik. Bu ada ölkəsinin gözəl təbiəti var. Yağış bəzən günlərlə dayanmır.
Türkiyəli səyahət blogeri Mert Öztürk bir müddət Yeli Zelandiyada zaman keçirib. Onun hazırladığı videolar çox maraqlıdır. Öztürk ada ölkəsinin bilmədiyimiz tərəflərini göstərməyə çalışıb.
Yeni Zelandiyada qiymətlər çox yüksəkdir. Otel qiymətləri hətta Noveçdə, İsveçrədə belə, bu qədər baha ola bilməz. Mert Öztürk buna görə hostellərə üstünlük verir. Amma onun gəzdiyi yerlərdə xeyli evsiz insan gözə dəyir. Gəlmələrin avtomobildə yaşaması adi hala çevrilib. Əsas üstünlük məhz maşın qiymətlərinin əlverişli olmasıdır. Hətta 1500-2000 min dollara da avtomobil almaq mümkündür.
Mert Öztürk adalardan birində yerləşən Tauranqa şəhərində başqa türkiyəlilərlə tanış olur. "Abra kebabra" restoranı buralarda çox məşhurdur. Restoran sahibi həyatından məmnun görünür. O, iaşə obyektinin şəhərin mərkəzində olmasının üstünlüklərindən danışır. Amma türkiyəli işçilərdən biri gileylənir. O, Mert Öztürkə əvvəlcə bizneslə məşğul olduğunu, amma uğur qazanmadığını deyir. 1995-ci ildə Yeni Zelandiyaya gələn türkiyəli çox şey əldə edə bilmədiyindən şikayətlənir. Əlbəttə, ölkənin yaxşı tərəflərini də görür. Məsələn, səhiyyə yüksək səviyyədədir. Tibbi sığorta əhalinin əlindən çox tutur. Buna baxmayaraq, Yeni Zelandiyanın böyük bir biznes obyektinə çevrilməsi onun ürəyincə deyil.
"Buranın insanları ilə dəyərlər sistemi də fərqlidir. Məsələn, bir-birinə borc vermirlər. Hər şeyə görə vergi ödəmək lazım gəlir. Pul qazanırsan, amma elə burada da xərcləyirsən, əlavə addım atmağa imkan qalmır. Türkiyəlilərin gəlməsi lap çətinləşib. Baxırsan, hər yerdə çinlilər, hindistanlılar gözə dəyir. Necə gəldilər bu ölkəyə? Çindən milyonçular gəlir. Kommunist ölkəsində o qədər pulu necə qazanıblar? Çox şübhəlidir. Sonradan dələduz olduqları üzə çıxır. Özünəməxsus problemlər də var. Maorilərlə burada 100-150 il əvvəl məskunlaşmış avropalı ailələr arasında da gərginlik var", - restoranın əməkdaşı bunları danışır.
Mert Öztürk onun kimi bir müddət qonaq olanlara Yeni Zelandiyada müvəqqəti işləməyin sərf etdiyini deyir. Çünki bir saat tarlada və ya kafedə işləmək sizə 27-28 dollar qazandıra bilər. Həmin pullar öz ölkəndə çox işinə yarayar. Amma Yeni Zelandiyada gəlmələr belə, bunu böyük məbləğ adlandırmır.
Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1581 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabr