İkardidən imza almaq üçün 433 manatından keçən MƏŞHUR SİMA
"Qalatasaray"ın "Qarabağ"la qardaşlıq oyunu üçün Bakıya səfəri zamanı dünya ulduzu Mauro İkardi hər kəsin diqqət mərkəzində idi.
Onunla əl sıxıb görüşmək, şəkil çəkdirmək, imza almaq istəyənlərin sayı onminlərlə olsa da, heç də hər kəs arzusuna çatmadı.
Lakin kreativ addım atanlar da olub.
Vaxtilə ölkəmizdə legioner həyatı yaşamış, futbolçu karyerasını başa vurandan sonra Bakıda qalaraq blogerlik fəaliyyəti ilə məşğul olan Nuqzar Kvirtiya kimi.
Sabiq "10 nömrə" İkardidən imza almaq üçün "Fairmont"da bir günlük otaq kirayələyib və bu, ona 433 manata başa gəlib.
Maraqlı fakt haqda tanınmış bloger oyunla bağlı hazırladığı 10 dəqiqəlik vlogda məlumat verib:
"Qalatasaray" Bakıya gələn gün mən də "Fairmont"a gəldim və burada problemlə qarşılaşdım.
Komanda gələnə qədər lobbidə oturmağa icazə vermədilər və bildirdilər ki, otelin müştərisi olmadığıma görə buranı təcili tərk etməliyəm. İşin mahiyyəti ilə bağlı məlumat versəm də, prinsipə getdilər.
Mən də məcburən prinsipə gedib, oteldə otaq nömrəsi aldım. Əcnəbi vətəndaş olduğum üçün otaq mənə 433 manata başa gəldi. Yerlilər üçünsə qiymət 270 manat təşkil edir. Nə isə, bunları reklam etmək istəmirəm.
İkardinin imzalı forması mənə 433 manata başa gəldi. Bu formanı qalib izləyicilərimdən birinə hədiyyə edəcəm".
Əslən Gürcüstandan olan Nuqzar Kvirtiya 2009-2012, 2015-2018-ci illər aralığında AZAL-ın, 2012/13 mövsümündə "Turan"ın formasını geyinib. O, Azərbaycan Premyer Liqasında 200-dən çox oyunun iştirakçısı olub.
Sportinfo.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1323 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı
Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye
6 sentyabr 2021Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO
"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin
15 sentyabr 2021MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda
5 sentyabr 2021Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI
Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin
12 sentyabr 2021Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı
4 sentyabr 2021"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021