İcra nümayəndəsi Şəhid Elşadın ailəsi barədə danışdı
Şəhid Elşad Həsənov Ağstafa rayonunun Xətai kəndində son mənzilə yola salınacaq. Hazırda dəfn üçün hazırlıq işləri gedir.
Bunu Modern.az-a açıqlamasında Ağstafanın Xətai kəndinin icra nümayəndəsi Musa Hüseynov bildirib.
"Şəhidimizin nəşi doğma kəndinə gətirilib. Onunla vida mərasimi keçiriləcək, daha sonra kənd məzarlığında dəfn olunacaq", - o deyib.
İcra nümayəndəsi erməni təxribatı nəticəsində şəhid olan Elşad Həsənovun bir neçə ay əvvəl ailə həyatı qurduğunu söyləyib:
"Elşad bir neçə ay əvvəl evlənib. Onun yoldaşı hazırda hamilədir. Atası da dünyasını dəyişib. Şəhidin həyat yoldaşı ilə yanaşı, anası və bacısı var. Bacısı evlidir".
Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur. Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1314 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrİstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10 oktyabr"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə
9 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrYol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabr