Azərbaycanda tanınmış iş adamı bəraət aldı
Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş "Güllübulaq" (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində şikayət qismən istintaq aparılmaqla yenidən araşdırılıb.
Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğunu deyib.
Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən "oğurluq etməsinin" real görünmədiyini deyib.
Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov günahsız elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub.
Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, "Güllübulaq" MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.
Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"