Azərbaycanın bu ərazilərində intensiv yağış yağıb, şimşək çaxıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.
Bu barədə Xidmətdən Sonxeber.az-a bildirilib.
Ötən gün yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan (Balakən), 14:30-da Talaçaydan (Zaqatala), saat 16:30-da Qabırrı çayından (Samux) sel keçib.
Yağan yağıntının miqdarı Zaqatalada 29.0 mm, Balakəndə 22.0 mm, Qaxda 18.0 mm, Naftalanda 14.0 mm, Şəkidə 9.0 mm, Oğuzda 7.0 mm, Şahdağda 6.0 mm, Şahbuz, Ordubadda 4.0 mm, Şərurda 3.0 mm, Sədərəkdə 2.0 mm, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağdamda 28 m/s, Göyçay, Cocuqmərcanlıda 25 m/s, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, İsmayıllı, Şirvan, Bərdədə 22 m/s, Kəlvəz, Göygöldə 21 m/s, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20 m/s, Qobustanda 19 m/s, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18 m/s, Lerik, Ağsu, Sabirabadda 17 m/s, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.
Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalıqda dolu düşüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 14 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrVahid məktəbli forması: Məqsəd intizam yaratmaqdır
Məktəbdə vahid geyim qaydalarına əməl olunması yalnız xarici görünüş məsələsi deyil, eyni zamanda təhsil mühitində nizam-intizamın, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısın
9 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrBakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)
Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. -ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları
9 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabrMasazırda 4 avtomobil külə döndü - Video
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i
10 oktyabr