Bakıda müəllimdən şagirdə bullinq: "Niyə qız kimisən?"
Bakı şəhərində məktəbdə uşağa qarşı bullinq (bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranış forması – red.) edildiyi iddia olunub.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 225 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi daimi olaraq məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür.
İddia edilib ki, şagird gender və cinsi oriyentasiyası haqqında heç kimə bəyan etməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.
Şagird özü qeyd edib ki, oxuduğu məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə "niyə qız kimisən?", "bir az ciddi - kişi kimi ol", "qızbibi" və sair kimi ifadələr işlədərək onu sinif yoldaşlarının yanında alçaldır.
O əlavə edib ki, sinif otağını tərk edərkən yıxılıb və dəhlizdə huşunu itirməsinə rəğmən, heç kim ona yardım etməyib.
Məsələ barədə 225 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq.
Məktəbdən Oxu.Az-a verilən məlumatda qeyd olunur ki, məktəbin X və XI siniflərinin şagirdləri (müvafiq səbəbdən adları qeyd olunmur) arasında anlaşılmazlıq zəminində mübahisə yaranıb:
"Məktəb rəhbərliyi tərəfindən hər iki şagird və valideynləri ilə müvafiq söhbət aparılıb, sinif rəhbərlərinə diqqətli olmaları tövsiyə edilib.
Məktəb psixoloqu tərəfindən də şagirdlərlə söhbət aparılıb. Müəllimin şagirdlə danışığına dair qeyd edilənlərlə bağlı müəllimdən izahat alınıb və xəbərdarlıq olunub. Müəllimə şagirdə qarşı münasibətdə həssas davranmaq tövsiyə edilib".
"Şagirdin sinif otağını tərk edərkən huşunu itirməsi iddiası yanlışdır, belə bir hal baş verməyib", - deyə təhsil müəssisəsindən vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2864 Tarix: 14 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021