Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA
Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa oynayan "Mançester Siti" "Lester"i sınağa çəkəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq. Lider "Arsenal" sabah saat 17:00-da "Vest Hem"in qonağı olacaq. "Mançester Yunayted" isə səfərdə "Nottingem"in müqavimətini qırmağa çalışacaq.
Fransa Liqa 1-də lider PSJ ən yaxın izləyicisi "Lans"la münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlanacaq.
Almaniya Bundesliqasında çempionluğa oynayan "Bavariya" və "Borussiya" eyni gündə, eyni saatda meydana çıxacaqlar. Bu gün 17:30-da baş tutacaq qarşılaşmalarda Münhen klubu "Hoffenhaym"ı əliboş yola salmağa çalışacaq, Dortmund təmsilçisi isə "Ştutqart" səfərində uğur əldə etmək istəyəcək.
İtaliya A Seriyasında lider "Napoli" bu gün öz meydanında "Verona"nı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Saat 17:00-da "Milan" "Bolonya" səfərində meydana çıxacaq, 22:45-də isə "İnter" "Montsa" ilə üz-üzə gələcək. Sabah "Yuventus" "Sassuolo"nun qonağı olacaq, "Roma" isə "Udineze"ni qəbul edəcək.
İspaniya La Liqasında bu gün saat 23:00-da "Real Madrid" "Kadis"in qonağı olacaq. Lider "Barselona" sabah meydana çıxacaq. Katalonlar saat 18:15-də səfərdə "Xetafe" ilə üz-üzə gələcəklər. "Atletiko" isə "Almeriya"nı sınağa çəkəcək.
Türkiyə Super Liqasında bu gün "Fənərbağça" "Ankaragücü"nün müqavimətini qırmağa çalışacaq. Matç saat 21:30-da başlayacaq. Sabah isə "Beşiktaş" uğursuz mövsüm keçirən "Trabzonspor"un qonağı olacaq.
Həftəsonunun ən maraqlı oyunları
15 aprel
İngiltərə Premyer Liqası
20:30. "Mançester Siti" - "Lester"
Fransa Liqa 1
23:00. PSJ - "Lans"
Almaniya Bundesliqası
17:30. "Bavariya" - "Hoffenhaym"
17:30. "Ştuttqart" - "Borussiya" (Dortmund)
İtaliya A Seriyası
17:00. "Bolonya" - "Milan"
20:00. "Napoli" - "Verona"
22:45. "İnter" - "Montsa"
İspaniya La Liqası
23:00. "Kadis" - "Real Madrid"
Türkiyə Super Liqası
21:30. "Fənərbağça" - "Ankaragücü"
16 aprel
Premyer Liqa
17:00. "Vest Hem" - "Arsenal"
19:30. "Nottingem" - "Mançester Yunayted"
A Seriyası
20:00. "Sassuolo" - "Yuventus"
22:45. "Roma" - "Udineze"
La Liqa
18:15. "Xetafe" - "Barselona"
20:30. "Atletiko" - "Almeriya"
Super Liqa
21:30. "Trabzonspor" - "Beşiktaş"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bakıda ətin qiyməti 19 manat oldu
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı