"Bugünkü ayətullahlar ermənilərə dəstək verir" - Deputat
"İran terroru dəstəkləyən və maliyyələşdirən dövlətdir. Biz İranın siyasətini təhlill etdikdə görürük ki, burada 100 il bundan əvvəl də, daha sonra da terror olub. Bu gün də həmin siyasət davam edir".
Bunu Sonxeber.az-a danışan millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, hər zaman tədbirli və ehtiyatlı olmağımız vacibdir:
"Hüquq-mühafizə orqanlarımız bu istiqamətdə kifayət qədər effektiv fəaliyyət göstərir. Amma heç kim gələcəyindən sığortalı deyil. Hüquq-mühafizə orqanlarıyla yanaşı, cəmiyyətimiz də bütövlükdə bu sahədə maariflənməlidir. Əhali kimlərinsə boş vədlərinə, yalan populist çıxışlarına, saxta nağıllara inanmamalıdır. Bu, çox vacib bir amildir".
Deputatın sözlərinə görə, əsas narahatedici məqam odur ki, İranın əsl siması göstərilsə də, bəzi insanlar öz düşmənlərini tanıya bilmirlər:
"İnsanlarımız bilməlidirlər ki, İranda olan ayətullahlar ermənilərə dəstək verir və düşmənimizin yanındadırlar. O düşmən ki, uşaqdan böyüyə hər birimizi məhv etməyə hazırdır. Xocalı soyqırımında və digər qətliamlarda bunun şahidi olduq. Ermənilər hər bir türkün, azərbaycanlının qanını içməyə hazırdırlar. Çünki ermənilər xəstə millətdir. Həmin o ayətullahlar da bu gün ermənilərə silah verir, dəstək olur və bütün məsələlərdə düşmənin yanındadırlar. İnsanlarımız bilməlidir ki, düşmənin yanında olmaq özünü məhv etmək və oturduğun budağı kəsmək deməkdir. Əmin olun ki, sabah hansısa bir erməni hücum edərsə, "İranın dostudur" deyib sizə güzəşt etməyəcək. Onların anlayışına görə, azərbaycanlı və türksünüzsə, məhv olunmalısınız. Ona görə də xalqımız bu barədə ayıq-sayıq olmalı, dostunu və düşmənini yaxşı tanımalıdır".
Mehriban Xəlilli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1967 Tarix: 17 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrPilləkəndən yıxılıb öldü
Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib
10 oktyabr