Ramazanda bayram namazının vaxtı açıqlandı
Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə saat 09:00-da qılınacaq:
"Aprelin 20-də axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə saat 08:00-da, bəzi məscidlərdə isə saat 09:00-da qılınacaq".
Fuad Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-da (Ramazanın 18-ci günü), 11-də (Ramazanın 20-ci günü), 13-də (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.
Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2022 Tarix: 17 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrPilləkəndən yıxılıb öldü
Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib
10 oktyabr