Anadangəlmə əlilliyi olan şəxsin pensiyası kəsildi - VİDEO
Şəmkirdə anadangəlmə əqli gerilik diaqnozu ilə doğulan gəncin əlillik pensiyası 3 ilə yaxındır ki, kəsilib.
Xezerxeber.az-ın məlumatına görə, Mirağa Musayev 2005-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub.
O, 4 yaşı olanda hələ danışa bilmirmiş. Bundan sonra ailəsi uşağın sağlamlığında problem olduğunu anlayıb. Həkim müayinələrindən sonra Mirağaya əqli gerilik diaqnozu qoyulub və 6 yaşından etibarən pensiya təyin olunub, 15 yaşında isə təkrar yoxlama üçün dayandırılıb.
Bundan sonra ailə sənədləri yenidən toplayıb və Mirağa Gəncə Psixiatriya Xəstəxanasında 2 dəfə müalicə kursu keçib.
Müalicədən sonra Mirağanın məlumatları sistemə daxil edilib, ancaq pensiya təminatı tələbindən imtina olunub. Bundan sonra onlar paytaxtdakı digər ixtisaslaşmış tibb ocağına üz tutublar.
Anasının sözlərinə görə, pensiya ala bilmədiklərindən Mirağanın müalicəsi zamanı çətinlik çəkirlər.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, tibb müəssisəsi tərəfindən Mirağa Musayevlə bağlı elektron sistemə daxil edilmiş göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb:
"Göndərişdə vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilmədiyinə görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Mirağa Musayev mayın 2-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunacaq və bunun əsasında əlilliyinin qiymətləndirilməsi aparılacaq".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1396 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabrLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabr