Amerika Azərbaycanlıları Koordinasiya Şurası hərbçilərimizin azad olunmasını tələb edir
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktını qətiyyətlə pisləyib.
Amerika Azərbaycanlıları Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirovun və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun əsir düşməsinin səbəbləri barədə məlumat verilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu zorakılıq aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və lazımi qiymət verməsinin vacib olduğu nəzərə çatdırılıb.
Amerika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıblar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Makron istefa verdi