Elçin Qəmbərov azadlığa buraxıldı
510 min manatlıq dələduzluğa görə həbs edilmiş tanınmış vəkil Elçin Qəmbərov azadlığa buraxılıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E.Qəmbərovun cinayət işinə xitam verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edilib ki, Elçin Qəmbərov zərərçəkmişlə barışıb və dəymiş ziyanı ödəyib.
Xatırladaq ki, Qəmbərov həbsdə olan MTN generalı Mövlam Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq MTN-çini həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Elçin Qəmbərov "Mərkəz" Vəkil Bürosunun rəhbəridir.
Xatırladaq ki, uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş M.Şıxəliyev qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunub, 12 il müddətə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Makron istefa verdi