Hacı Əliyev: "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam"
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev çempionluğunu şərh edib.
BAKU.WS xəbər verir ki, 70 kq çəki dərəcəsində titula sahib çıxan 32 yaşlı idmançı Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında çox vacib qələbə qazandığını bildirib:
"Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik".
65 kq-da ikiqat Olimpiya mükafatçısı olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: "Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini də bilirəm".
Dördqat Avropa və üçqat dünya çempionu Olimpiya Oyunlarında bürünc və gümüş medal əldə etdiyini, lakin "qızıl" arzusunda olduğunu söyləyib:
"Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Makron istefa verdi