Gənc oğlan kənddən qaçan arvadını tapdı, hotelə apardı və sonra... - ŞOK TƏFƏRRÜAT

Gənc oğlan kənddən qaçan arvadını tapdı, hotelə apardı və sonra... - ŞOK TƏFƏRRÜATCəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Cavid 1996-cı il təvəllüdlü həyat yoldaşı Afəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cavid Güzdək qəsəbəsində fəhlə işlədiyi daş karxanasında olarkən həm əmisi oğlu Vüqarın, həm də özünün mobil telefonundan arvadı Afətə dəfələrlə zəng edib, telefon söhbəti zamanı qısqanclıq zəminində onunla mübahisə edib.

2022-ci ilin aprelin 14-də telefon danışığında Afət onun bu hərəkətlərindən bezdiyini, iki azyaşlı uşağı ilə bərabər Cəlilabad rayonunda yaşadıqları evdən çıxmaqla Bakı şəhərinə gəlib, ondan ayrı yaşamaq və boşanmaq istədiyini deyib.

Bu zaman Cavid Afəti öldürəcəyini bildirib. Bundan qorxuya düşən Afət qohumu ilə birgə Bakı şəhərinə gəlib və anası ilə müxtəlif ünvanlarda kirayələdiyi mənzillərdə qalıb.

2022-ci il iyunun 2-də Cavid vatsap vasitəsilə Afətlə əlaqə yaradıb, Bakı şəhərindəki hotellərin birində görüşmək istədiyini, bundan sonra onunla boşanacağı barədə yalan vəd verib. Afəti iyunun 3-də saat 15.00-da "Park Bulvar" ticarət mərkəzinin qarşısında görüşməyə razı salıb. Həmin gün saat 15.50-də həmin ünvana çatan Afətlə taksidə L.Tolstoy küçəsində yerləşən "Citadel" hotelinə yollanıb.

Hotelin 5 saylı otağı icarələyərək razılaşma əsasında Afətlə iki dəfə cinsi əlaqədə olub. Saat 18.20-də radələrində otağı səliqəyə salmaqla sonuncudan hansı səbəbdən görüşə gec gəldiyini soruşub, ona xəyanət etdiyini dediyi zaman yenidən mübahisə yaranıb.

Bu zaman Cavid Afətə şillə vurub. Əşyalarını götürərək otaqdan çıxmaq istəyən Afətə ov bıçağı ilə zərbələr endirməyə başlayıb. Amma tibbi yardım göstərilməsi səbəbindən qadının həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (x üsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Afətlə 2014-cü il sentyabrın 30-da bağladığı nikahdan iki azyaşlı övladı var: "2022-ci ilin aprelindən Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişəm, bir həftə orada gecələmişəm. Bir həftə isə kənddə qalaraq günəmuzd işləmişəm, ailəmi dolandırmışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci il aprelin 14-də Afətə zəng edib və onunla mübahisə edib: "Həmin zaman saat 10 radələrində kənddə yaşayan əmim oğlu mənə zəng edərək Afətin uşaqlarını götürməklə evi tərk etdiyini dedi.

Mən də işdən icazə alaraq Cəlilabad rayonuna getdim və Afətin yaşadığımız evdən uşaqlarla özbaşına çıxması barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etdim. Göstərilən müddətdən Afətdən və uşaqlarımdan heç bir xəbərim olmadı".

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci il mayın ortalarında Afətin əmisi ona zəng edib və Afətlə barışmaq arzulayıb-arzulamadığını soruşub: "Ona müsbət cavab verdim, arvadımın məni telefonda blokdan çıxarmasını xahiş etdim.

Danışıqdan bir neçə dəqiqə ötmüş Afət mənə vatsapda mesaj yazdı. Biz övladlarımı vaxtaşırı görməyim barədə razılaşdıq".

Cavid bildirib ki, 2022-ci il iyunun 2-də işdə olduğu zaman qayınatası vatsapda zəng vuraraq onunla Afətin boşanmalarını istəmədiyini deyib:

"Sonra arvadım mənə vatsapda mesaj yazdı, növbəti gün saat 15.00-da Bakı bulvarında görüşməyi təklif etdi. Mən də etiraz etmədim. İyunun 3-də səhər saatlarından bulvarda gəzərək vaxt keçirdim. Saat 15.00-da Afətə mesaj göndərməklə onun harada qalması, gecikməsinin səbəbini ilə maraqlandım. Arvadım Dərnəgüldə olduğunu dedi.

Afət zəng edib azıb gəldiyini söyləyəndə kişi səsi eşitdiyimdən qısqandım. Saat 15.50-də Afət telefon bağlantısı yaradaraq artıq "Park Bulvar" ticarət mərkəzinin yanında olduğunu dedi. Təxminən 10 dəqiqə keçmiş görüşdük. Taksiyə minərək "Citadel" adlı hotelə getdik. Oraya çatdıqdan sonra qeydiyyatdan keçməklə 5 saylı otaqda əvvəlcədən razılaşdığımız kimi iki dəfə cinsi əlaqədə olduq".
Təqsirləndirilən şəxs deyib ki, söhbət əsnasında ailələrini bərpa etmək üçün cəhd göstərsə də, Afət münasibətlərinin davam etməsini istəmədiyini bildirib: "Mən Dərnəgüldə kiminlə birlikdə olduğunu soruşdum. Arvadım yaxın qohumlarımın ünvanına nalayiq ifadələr işlətdi. Sonra dedi ki, nə sözün var, tez de, vaxtım yoxdur, gözləyənim var. Sonra üzünü çevirərək getmək istədi. Mən güclü həyəcan hissi keçirdim.

Arxadan Afətin ağzından tutdum və hamama salaraq ona bıçaqla xəsarət yetirmək üçün özümə tərəf çəkdim. Arvadım əlləri ilə mənə müqavimət göstərdiyindən istədiyimə nail ola bilmədim. Bu zaman şalvarımın arxa sağ cibində olan ov bıçağını çıxardım və ilk öncə Afətin kürək nahiyəsindən zərbə endirdim. Onun başqa hansı nahiyələrinə bıçaq xəsarətləri yetirdiyimi xatırlamıram".

Cavid qeyd edib ki, Afəti buraxdığı vaxt "kömək edin" deyə qışqırıb: "Səsi kənar şəxslərin eşitdiyini ehtimal etdiyimdən bıçağı yerə ataraq hoteldən qaçdım. Bir azdan özümə gələndə hadisə barədə qardaşıma xəbər verdim.

Yolüstü taksilərdən birinə əyləşərək Cəlilabad rayonuna yollandım və dərhal polis şöbəsinə gedərək təslim oldum. Polis əməkdaşları tərəfindən Bakı şəhərinə gətirildim.

Mən Afəti çox sevirəm, o da məni istəyir. Arvadımla ayrılmaq istəməmişəm. Onu qorxutmaq istəmişəm, öldürmək niyyətim olmayıb. Əməlimdən həddindən çox peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Afətin sözlərinə görə, Cavid onun əridir, çox qısqanc olduğu üçün dəfələrlə onu danlayıb və hətta döydüyü vaxt da olub:

"2022-ci il aprelin 4-də telefon danışığı zamanı Cavidin bu davranışlarından bezdiyimdən ayrılmaq istədiyimi dedim. Cavid məni və uşaqları öldürməklə hədələdi. Sonradan əmim və onun arvadının köməkliyi ilə Bakı şəhərinə gələrək kirayədə qaldım.

2022-ci il may ayının ortalarında əmimin xahişi ilə Cavidi telefonda blokdan çıxardım. Cavid hər gün uşaqlarla danışdı. Bəzən mənimlə barışmaq istədiyini bildirsə də, mən razılaşmadım".

Zərərçəkmiş qeyd edib ki, 2022-ci il iyunun 2-də Cavid ona zəng edib: "Cavid həm görüşmək, həmçinin hoteldə cinsi əlaqədə olmaq istədiyini söylədi. Mən əvvəlcə etiraz etdim. Növbəti gün Cavid görüşdən sonra boşanacağını vəd etdiyindən məni razı saldı.

Hotelə gəldiyimiz zaman könüllü olaraq Cavidlə cinsi əlaqədə oldum. Sonradan söhbət zamanı Cavid məni xəyanətdə ittiham etdi. Mən ona şillə vurdum.

Cavid mənim pulqabıma baxdığı vaxt işə qəbulla bağlı göndəriş vərəqəsini görməməsi üçün götürdüm, pulqabını stulun üzərinə qoydum. Cavid arxadan mənə yaxınlaşdı. Əli ilə ağzımdan və burnumdan tutaraq mən hamam otağının qarşısına çəkdi. Daha sonra cibindən nə isə çıxarıb kürəyimə vurduğunu hiss etdim.

Müqavimət göstərdim, yalvardım, amma Cavid məhəl qoymayaraq bir neçə bıçaq zərbəsi endirdikdən sonra bıçağı boynuma söykədi. Başımı kəsmək istəyərkən ağzımı tutduğu əli boşa çıxdığından qışqırıq səsimi hoteldə olan digər şəxslər eşitdilər.

Cavid qorxaraq əlindəki bıçağı yerə atdı və otaqdan qaçdı. Bir azdan qeydiyyatçı qız içəri daxil olaraq təcili tibbi yardım çağırdığını dedi. Başqa otaqdan dəsmal gətirərək kürəyimi bağladı. Məni xəstəxanaya apardılar, orada əməliyyat olundum".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Cavid 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3460   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?

Təhsil sistemində vahid geyim məsələsi yalnız zahiri görünüşlə bağlı deyil. Bu məsələ məktəbdə sosial bərabərliyin təmin olunması, nizam-intizamın möhkəmləndirilməsi, müəllim nüfuzunun qorunması və sağlam təhsil mühitinin formalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir. Məktəblilərin vahid məktə

9 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

9 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

9 oktyabr