Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq - VİDEO
Bakıda Nəsimi rayonunda "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.
BAKU.WS xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra "ARB Xəbər" "Kubinka"da olub həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.
Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox, yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qism binaların uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem yarandığını dilə gətirib.
"RR Constructions" tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki 5 hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq müqavilə bağlayıblar.
"Bütün evlər qəzalı vəziyyətdədir və FHN-nin buna dair rəyi var. Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa, üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara oturdurulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli mənzillərə qovuşacaqlar",-deyə Rafael Abdullayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Makron istefa verdi