Bayram namazının vaxtı açıqlandı
Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Sonxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bayram namazının vaxtını açıqlayıb. O bildirib ki, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.
F.Nurullayev əlavə edib ki, aprelin 20-si axşam isə bayram axşamı hesab edilir. Həmin gün fitrə zəkatı verilməlidir.
F.Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1880 Tarix: 19 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrPilləkəndən yıxılıb öldü
Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib
10 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabr