Milli Məclisin sədri Sahibə Qafarova "Azərbaycanda Polşa irsinin inciləri" sərgisinin açılışında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova və Polşa Respublikası Seyminin sədri Elzbieta Vitek Varşava şəhərində Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində iştirak ediblər.
Sonxeber.az xəbər verir ki , Milli Məclis sədrini salamlayan Elzbieta Vitek, bu cür tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini, xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, belə tədbirlər xalqlarımızın mədəni dəyərlərinin təbliğ olunmasına da imkan verir.
Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova sərgiyə ev sahibliyi etdiyinə görə Polşa Respublikası Seyminin sədri Elzbieta Vitekə minnətdarlığını bildirib.
Milli Məclisin spikeri Şərqlə Qərbin qovuşduğu Azərbaycanın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda böyük sivilizasiyalar mövcud olmuş, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm və tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Məhz bu fonda Azərbaycanda mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan Sahibə Qafarova polyakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühəndis, müəllim, hərbçi, sahibkar və dövlət xadimi kimi fərqləndiklərini qeyd edib.
Spiker diqqətə çatdırıb ki, polyaklar müsəlman Şərqində və türk dünyasında ilk dünyəvi, parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində iştirak etmişlər. Polyaklar demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunmuş və ümumi Vətənimiz Azərbaycanı qorumaq üçün səylərini əsirgəməmişlər. O, qeyd edib ki, həmin dövrdə Azərbaycan Parlamentində milli azlıqları təmsil edən deputatlardan biri məhz polyak milli şurasının nümayəndəsi Stanislav Vonsoviç olmuşdur.
Milli Məclisin sədri, polyak əsilli görkəmli şəxsiyyətlər arasında 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakının özünəməxsus gözəlliyinin yaradılmasında möhtəşəm irs qoymuş polyak memarların rolunu xüsusilə vurğulayıb və paytaxtımızda, həmçinin, bir sıra digər şəhər və rayonlarımızda inşa edilən binaların müəllifi olan polyak memarlar haqqında məlumat verib. Sərgidə də bu məşhur polyak memarların şah əsərlərinin böyük məmnuniyyətlə iştirakçıların diqqətinə təqdim edildiyini deyən Sahibə Qafarova tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə və sərgiyə gələnlərə təşəkkürünü bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Makron istefa verdi