DİN-dən Bakıda qadına qarşı zorakılıq iddiasına cavab
Bakıda bazar ərazisində polisin qadına qarşı zor tətbiq etdiyini göstərən video yayılıb.
Oxu.Az xəbər verir ki, video haqqında qeyddə polisin küçədə ticarətlə məşğul olan qadını yerə yıxdığı iddia edilib.
Görüntülərlə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavabında bildirib ki, videoda əks olunan qadın polis yaxınlaşarkən özünü yerə ataraq, ətrafdakıların diqqətini cəlb etməyə çalışıb:
"Hadisə "Neftçilər" metro stansiyası yaxınlığında baş verib. 1989-cü il təvəllüdlü Yevlax rayonundan olan qadın dilənçilik və tüfeyli həyat tərzi sürür. Onun barəsində sosial şəbəkələrdə məlumat xarakterli xeyli şikayət var. Dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Əsasən üzərində internetdən çıxarıb böyütdüyü, tanımadığı yataq xəstələrinin, hətta şəhidlərin fotoları ilə ictimai yerlərdə anası ilə birgə dilənçilik edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1253 Tarix: 19 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrPilləkəndən yıxılıb öldü
Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib
10 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabr