Ermənilər SSRİ vaxtı eşşək ətini Azərbaycana necə göndərirdi? - Tarixi SƏNƏDLƏR

Ermənilər SSRİ vaxtı eşşək ətini Azərbaycana necə göndərirdi? - Tarixi SƏNƏDLƏR"Keçmiş SSRİ xalqlarının qida rasionunun siyahısı hazırlanarkən ermənilərin təşəbbüsü ilə azərbaycanlıların qida rasionuna eşşək əti də salınıb. Bununla da ermənilər dünyaya azərbaycanlıları "eşşək əti yeyən xalq" kimi təqdim etməyə çalışıblar".

Bunu Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib.

O əlavə edib ki, "SSRİ-də qida məhsullarının növü və qiyməti" adlı kitab 1963-cü ildə SSRİ Nazirlər Sovetinin tövsiyəsi ilə nəşr olunub:

"Burda bir vacib məqamı qeyd edim ki, o zaman qatı millətçi Anastas Mikoyan SSRİ dövlətində əsas simalardan biri idi. Və yəqin ki, bu da Anastasın növbəti "xidməti" idi.

Xatırlatmaq istəyirəm ki, keçmiş SSRİ-də planlı iqtisadiyyat vardı. Nəinki hər müttəfiq respublikanın, hətta ən xırda yaşayış məntəqəsi üçün də proqnozlar hazırlanırdı. O cümlədən də bölgələrdəki insanların məşğulluğu, ehtiyacı və qida rasionu da dəqiq hesablanırdı".

Əyyub Hüseynov onu da əlavə edib ki, bu kitabda SSRİ daxilində, habelə bu ittifaqın təsiri altında olan dövlətlərin qida rasionundakı ətin növləri göstərilib:

"Eyni zamanda burada ətin keyfiyyəti və qiymətləri barədə də məlumatlar yer alıb. Siyahıya nəzər saldıqda görünür ki, yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi göstərilib. Sözügedən kitab ermənilər tərəfindən tərtib olunub. Bu da mənfur qonşumuzun uzun illər ölkəmizə qarşı apardığı məkrli siyasətdən xəbər verir. Bu fakt həm xalqımızı aşağılamaq məqsədi daşıyıb, həm də keçmiş SSRİ-də eşşək ətinin Azərbaycana tədarük edilməsinə istiqamət verib. Bildiyimiz kimi o zamanlar bir çox ərzaqlar, o cümlədən ət məhsulları talonla verilirdi və donmuş şəkildə olurdu. Donmuş ətin mənşəyini isə sadə vətəndaş müəyyən edə bilməzdi. Belə faktlar bizə düşmənimizi daha yaxından tanımaq imkanı verir".

Bizim.Media

Ermənilər SSRİ vaxtı eşşək ətini Azərbaycana necə göndərirdi? - Tarixi SƏNƏDLƏRErmənilər SSRİ vaxtı eşşək ətini Azərbaycana necə göndərirdi? - Tarixi SƏNƏDLƏR


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1328   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr