"Laçın-Xankəndi yolunda ermənilər quş belə uçurda bilməyəcəklər" - Deputatla MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Sonxeber.az xəbər verir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Mövzu ilə bağlı olaraq Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov fikirlərini bölüşüb.
O bildirib ki, bu məsələ uzun müddətdir Azərbaycan cəmiyyətində geniş müzakirə olunurdu.
"Cənab Prezident bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq eləmişdi. Söhbət ondan gedir ki, 2020-ci ildəki qələbədən sonrakı dövrdə də biz ermənilərin bu yolla silah daşıdığının şahidi idik. Dəfələrlə bizim ərazimizdə mina daşınaraq basdırıldığını, bizim çoxsaylı insanın isə minaya düşməsini yaxşı xatırlayırıq.Həmin müddətdə ümumilikdə 300 nəfərə yaxın şəxsin minaya düşüb. Bu da kiçik rəqəm deyil. Həmin minaların 2020-ci ildən sonra istehsal olunan minalardır".
Daha ətraflı olaraq deputatla olan müsahibəni təqdim edirik:
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
"BakıKart"ın qiyməti ARTDI
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
İyulun ilk gününün hava proqnozu