15 yaşında evləndi, kirayələrdə yaşadı, anasına və özünə villa aldı - Qəfil məşhurlaşan Nəfəs haqqında maraqlı faktlar

15 yaşında evləndi, kirayələrdə yaşadı, anasına və özünə villa aldı - Qəfil məşhurlaşan Nəfəs haqqında maraqlı faktlarNəfəs adı ilə məşhurlaşan müğənni Günel Məmmədli haqqında maraqlı faktları təqdim edir.

Əslən Tərtər rayonundan olan müğənni Günel Məmmədli 6 iyun 1993-cü ildə Bakıda dünyaya göz açıb.

Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Efirlərin birində bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib:

"Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım".

15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib. Onun bu evlilikdən Murad və Nuran adında iki övladı dünyaya gəlib.

İki bacısı və bir qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra, o, dünyasını dəyişib.

Nəfəs ailəsi ilə birgə 2009-cu ilədək kirayədə yaşayıb.

11-16 yaşlarından musiqi ilə məşğul olan Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Aqşin Fateh ilə duet oxuduğu "Yarem" mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. İfaçı səbəb kimi Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasını göstərib:

"Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum sonra, bəlkə, səninlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim. Çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi".

Aralarındakı mübahisədən sonra sənət aləmində Aqşinə görə məşhurlaşması ilə bağlı tez-tez fikirlər eşidən Nəfəs maqazin verilişlərində birində məsələyə bu cür aydınlıq gətirərək bildirib:

"Təzə-təzə səhnəyə addım atırdım, bir ay çəkmədi ki, məşhurlaşdım. Bunu özüm etdim. Aqşin də bir restoranda çıxışımı görüb mənə təklif etdi ki, birlikdə oxuyaq. Düşünürəm ki, o, bir vasitəçidir. Allah onu mənim üçün göndərmişdi. Amma "Yarem"i tək ifa etsəm də, bir neçə aya tanınacaqdım. Buna əminəm. Aqşin sadəcə prosesi sürətləndirdi.

Sözügedən duetdən sonra Nəfəsin "Tükənmişəm", "Ürəyim", "Gizli eşq" adlı mahnıları dinləyicilər tərəfindən böyük rəğbət qazanıb.

Şou-biznesə atdığı ilk addımlardan oxuduğu mahnılara görə daş-qalaq edilən ifaçı müsahibələrinin birində bu barədə danışarkən bildirib:

"Bizi sevən insanlar üçün çalışırıq. Bu gün tərzimi də onlara uyğunlaşdırıram. Mən əslində başqa bir tərzdə dünyaca məşhur pop ulduzlar kimi çıxışlar edə bilərdim. Amma məni belə sevdilər. Çox təəssüf ki, bu gün mənim janrımda olan mahnılar daha çox sevilir. Məndə bu mahnıları oxuyub insanların sevimlisi oluram".

Səhnəyə gəldikdən sonra onu dəstəkləyənlərdən biri də Xalq artisti Röya Ayxan olub. İfaçının sözlərinə görə, Röyanın ifa tərzi ilə bağlı ona yazdığı xoş sözlər onu daha da ruhlandırıb, sənətdə irəliləməsi üçün ona motivasiya verib:

"O hazırda olduğu yerdən də yüksəkliyə layiq bir insandır. Vaxtilə Röyadan gözəl sözlər eşitmək mənim üçün böyük dəstək idi".

İki övlad anası olan sənətçi ana kimi xoşbəxt olsa da, qadın kimi hələ tam xoşbəxtlik tapmayıb. Müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da o bu təklifləri geri çevirib. Sənətçi evlilik həyatına birdəfəlik son verib.

Yenidən evlənməsi ilə bağlı şayiələrə isə efirlərdən birində verdiyi bu açıqlama ilə son qoyub:

"Özüm boyda övladlarım var. Onların üstündə yeni bir ata olmasını istəmərəm. Amma sevgisiz də qalmaram. Xanım tək yaşayırsa, hər axşam evə gedəndə başını yastığa qoyub ağlayır. Ən çətin günlərim də məhz o günlər olur".

İfaçının adı ara-sıra yüksək məbləğ pullarla yanaşı çəkilib. O anasına 270 min manata aldığı villa və özünün 250 minlik bağı ilə gündəmə gəlib. Çoxlarını düşündürən "bu qiymətdə bağı ona kim alıb?" - sualına Nəfəs bu cür aydınlıq gətirib:

"Çox istərdim deyim ki, yoldaşım və ya sevgilim alıb. Xanım kimi mən də bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Amma elə deyil. O bağı öz əziyyətimlə almışam".

Müğənni televiziya proqramlarından birində boşanma səbəbindən də söhbət açıb:

"Yaşadıqlarım mənim üçün zərbə oldu amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacam. Anam da mənim taleyimi yaşayıb. Övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Maddiyyatla ata ola bilərəm, mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm"

Qeyd edək ki, hazırda efirlər gec-gec çıxan Nəfəs bunun səbəbini də məhz maddiyyatla əlaqələndirir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4449   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

4 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr
.

Naomi Kempbell Bakıda - Video

Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə

24 sentyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr