Qarabağ erməniləri: "İlk fürsətdə Rusiyaya gedəcəyik"
Xankəndidə yavaş-yavaş maraqlı proseslər baş verir. Yerli əhali getdikcə daha çox "qəzəbli azərbaycanlılardan" yox, separatçıların quldurluğundan əziyyət çəkir.
Belə ki, separatçıların "dövlət naziri" Qurgen Nersisyan krediti qaytara bilməyən şəxslərə qarşı cinayət işinin açılmasına göstəriş verib.
Bu barədə "Bakburila" Telegram kanalı yazıb.
Hələlik bu, yalnız sahibkarlara aiddir, lakin yaxın gələcəkdə bu təcrübənin hamıya şamil ediləcəyi barədə artıq söz-söhbətlər yayılıb.
Nersisyan bu yolla 150 milyard dram, yəni 300 milyon dollardan çox pul toplamağı planlaşdırır.
Bəs ermənilər buna necə reaksiya verir? Onlar şikayət edirlər, eyni zamanda Qarabağdan getməklə "yerli hakimiyyətə" hədə-qorxu gəlirlər.
Erməni jurnalistlər bu sahibkarlardan biri ilə söhbət edib. Kişi ad və soyadını tam təqdim etməyib. A.X. adlı erməni Ağdərədə yanacaqdoldurma məntəqəsi işlədir və deyir ki, son aylar ümumiyyətlə iş olmayıb. Yerli "hakimiyyət" onu yanacaqla təmin etmir. Getməyə də icazə vermirlər. Bu işdə azərbaycanlıların günahı yoxdur. Separatçıların göstərişi ilə Ermənistana getmək üçün xüsusi icazə almaq lazımdır.
"Mənim borcum indi 4 milyon dramdan (8000 dollar) çoxdur, mən bu pulu necə ödəyəcəm?
Çıxmağa çalışıram, bütün əmlakımə satıram. Ancaq ucuz da sata bilərəm", - deyə kişi "Hraparak" qəzetinin jurnalistinə deyir.
Onun sözlərinə görə, separatçıların bu özbaşınalığına görə yerli əhali oranı tərk etmək üçün yollar axtarır.
"İlk fürsətdə Rusiyaya gedəcəyik, burada heç kim qalmayacaq?" borclu bildirir.
Bu da bir faktdır ki, Qarabağın erməni əhalisinin qarşısını azərbaycanlılar deyil, məhz separatçılar kəsir. Onların getməsinə icazə verilmir. Getmək üçün də çoxlu pul tələb olunur, həm də işdən qovmaqla hədələyirlər.
Arayık, Qurgen və digəriləri qorxurlar ki, sülhməramlılar bölgəni tərk etdikdən sonra yerli ermənilər iş tapmaq, sənəd əldə etmək üçün Şuşaya gedəcəklər.
Buna isə heç də çox vaxt qalmayıb.
Bizim.media
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1570 Tarix: 30 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrİsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024