"Müəyyən sahələrin idarə olunmasında dövlətin yükü kifayət qədər çoxdur" - İqtisadçı-ekspert
İstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
"Müəyyən sahələrin idarə olunmasında dövlətin yükü kifayət qədər çoxdur. Hesab edirəm ki, bu yükün bir qədər azaldılması həm dövləti yükdən azaldar, həm sahibkarlığın inkişafına ciddi dəstək olar".
Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Sonxeber.az-a deyib.
O qeyd edib ki, ölkədə azad sahibkarlıq 20 il əvvəl ilə müqayisədə kifayət qədər inkişaf edib, amma yenə də müəyyən işlərin görülməsinə ehtiyac var:
"Ölkədə azad sahibkarlıq 20 il əvvəl ilə müqayisədə kifayət qədər inkişaf edib. Həm sahibkarların səviyyəsi, həm azad sahibkarlığın, yəni özəl sektorun ÜDM-də payı, məşğulluqda payı, ümumiyyətlə makroiqtisadi göstəricilərin formalaşmasında azad sahibkarlığın göstəriciləri ildən-ilə artır. Amma bu artım qənaətbəxşdirmi? Mən düşünürəm ki, xeyr. Yenə də müəyyən işlərin görülməsinə ehtiyac var. Müxtəlif dövlət qurumları, ələxsus da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlığa dəstəyin göstərilməsi istiqamətrində ən əsas qurumlardan biri olaraq çox ciddi işlər görür. Adından da göründüyü kimi kiçik və orta sahibkarlığa dəstək verilməsi, biznesinin inkişaf etdirilməsi, yeni biznesin yaradılması və s. istiqamətdədir".
İqtisadi-ekspert bildirib ki, dövlətin yükünün azaldılmasınsa ehtiyac var.
"Problemlərə gəldikdə isə düşünürəm ki, dövlət müəyyən sahələrdə öz üzərinə çox yük götürür. Müəyyən sahələrin idarə olunmasında dövlətin yükü kifayət qədər çoxdur. Hesab edirəm ki, bu yükün bir qədər azaldılması həm dövləti yükdən azaldar, həm sahibkarlığın inkişafına ciddi dəstək olar. Əlavə olaraq da qanunvericilik aktlarında,ələxsus da rəqabət məcəlləsinin qəbul edilməsinə ehtiyac var" ,- deyə o əlavə edib.
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabr