Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər I oxunuşda təsdiqlənib
Milli Məclis Ailə Məcəlləsinə bir sıra dəyişiklikləri I oxunuşda təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, qanun layihəsi "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.
Belə ki, qeyd olunan Fərmanda himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, uşaqların müəssisələrdən ailələrinə qaytarılması, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi tapşırığı qoyulub.
Bu tapşırıqlardan irəli gələrək, Ailə Məcəlləsinə təklif olunan dəyşikliklər himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.
Hazırda qüvvədə olan Ailə Məcəlləsinin 142-145-ci maddələrində himayədar ailə ilə bağlı hüquqi əsaslar müəyyən edilsə də, bu institut praktikada tətbiq olunmamış, bu sahədə konkret idarəetmə mexanizmləri müəyyən edilməyib.
Bu baxımdan təqdim olunan qanun layihəsində beynəlxalq işlək normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən yararlanmaqla himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və s. məsələlər öz əksini tapıb.
Beləliklə, təklif olunan dəyişikliklərin qəbulu himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR