Ermənilər musiqisini oğurladı, heç vaxt yasa getmədi: Aftandil İsrafilov haqqında MARAQLI FAKTLAR

Ermənilər musiqisini oğurladı, heç vaxt yasa getmədi: Aftandil İsrafilov haqqında MARAQLI FAKTLARKulis.az qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilov haqqında maraqlı faktları təqdim edir.

Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24 -də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

A. İsrafilov fəaliyyətinin ilk illərində "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.

Sənətçi bu konsertlər barəsində danışarkən bildirib: "Beş dəfə Amerikada konsert vermişəm. Onun üçündə böyük sənətkar Zeynəb Xanlarova ilə birlikdə olmuşam. Orada bizi elə dinləyiblər ki, özümüzü Azərbaycanda hiss etmişik".

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Xalq artisti qarmonu hər zaman müqəddəs sayıb, öz sözləri ilə desək, öpüb gözünün üstünə qoyub. Verilişlərdən birində müasir dövrümüzdə musiqi alətləri ilə şou göstərən ifaçılardan danışarkən belə adamları görəndə onlarla çox vaxt görüşmədiyi deyib:

"Qarmon dizdən aşağı keçdisə, onu ifa edən sənətkar sənətkar deyil. Bunlar qormonu tutub ayağa qədər uzadırlar. Bu, sənət deyil, şoudur. Öz işləridir. Belə adamlarla çox vaxt görüşmürəm. Özləri də məni görəndə yaxınlaşmırlar. Bilmirəm, niyə? Bəlkə çox kolxoz görüblər ona görə. Bəlkə də məndən ehtiyat ediblər. Qarmon ifaçıları gərək özlərini yox qarmonu tərifləsinlər. Çünki qarmon onlardan sonra da yaşamalıdır. Şou adamları belə edə bilmirlər".

Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun "Ad günü" filmində ifa etdiyi "Nazilə" rəqsi ilə böyük şöhrət qazanıb.

Tahir və Cabir İmanovun təklifi ilə isə "Məhəllə" filmində professor rolunda yer alıb. Xalq artisti bu haqda danışarkən qeyd edib: "Qardaşlar gəlib təklif etdilər. Dedim baş üstə. Necə istədilərsə, elə də etdim. Qəti məşq etməmişdik. Həmin kadr da bir dəfəyə çəkilmişdi".

Aftandil İsrafilov dostluqda sadiq, sədaqətli biri olub. Elə bu səbəbdən sənətçi uzunmüddətli dostuq münasibətləri ilə də yadda qalıb. Onun müğənni Elşad Qarayevlə 48, Qüdrət Ağayevlə 30, musiqiçi Cəmaləddin Dadaşovla 40, Xalq artisti Sadiq Zərbəliyevlə 45 illik dostluğu olub.

Tez-tez qastrol səfərlərində olan sənətçi televiziya proqramlarından birində başına gələn maraqlı hadisələrdən birini izləyicilərinə belə nəql edib:

"Türkiyədə bir tədbirdə çıxış edirdim. Bir nəfər gəlib yaxınlaşdı, əlini köynəyimin cibinə basıb dedi ki, bir "Sarı gəlin" ifa elə. Sarı gəlin də elə musiqidir ki, ora zərb alətləri olmaz. Amma bacardım. İfa etdikdən sonra ona yaxınlaşıb cibimdəkinin nə olduğu ilə maraqlandım. Həmin adam dedi: "Aftandil müəllim, bayaq demək yaddan çıxdı. Bakıda bir nəfərə borcluyam, bunu ona çatdırarsınız". Çox gülmüşdüm onda".

Deyilənə görə, getdiyi tədbirlərdə çox vaxt başqa qarmon ifaçıları gəlib onun qarmonunun içinə baxırmışlar ki, o səslər oradan necə gəlir? Sənətçi onlara özünün də bəzən bundan baş açmadığını bildirirmiş.

Müsahibələrdən birində ölümlə bağlı sualı cavablandıran sənətçi bu sənətlə məşğul olanların daha tez vəfat etməsinə diqqət çəkib: "Bizdən əvvəlki sənətkarlar Teyyub Dəmirov, Səfərəli Vəzirov, Səttar Hüseynov, Məmmədağa Ağayev bunların hamısı gözəl sənətkar olublar. Necə olubsa, onların hamısı 60 yaşında dünya ilə vidalaşıblar. Həmişə fikirləşirəm ki, görəsən, mən də elə olacağam?"

Futbola qarşı xüsusi sevgisi olub. Bir dəfə oyunda qol vurmaq istəyəndə oyunçulardan biri ayağının üstünə atlanıb. Ayağı zədə alan sənətçi bir müddət sonra sağalıb. Hələ 3-4 yaşında onda futbola və musiqiyə sevgi yaranıb. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun atasına hədiyyə etdiyi piano az sonra onun sevimli alətinə çevrilib. Hər dəfə futbol oynadıqdan sonra pianoda ifa edib. Bu, onun musiqiyə olan həvəsini daha da artırıb.

Ermənilərin mədəniyyət incilərimizi öz adlarına çıxırmaq siyasəti A. İsrafilovdan da yan keçməyib. Onun rəhmətlik dostu Müseyibin şərəfinə bəstələdiyi "Basqalı" rəqsini az sonra ermənilər başqa adla ifa ediblər. Sənətçi bu haqda danışarkən bildirib : "Mənim onlara yazığım gəlir. Ancaq haramla dolanırlar".

Ölkəmizdə böyük nüfuz qazanan Xalq artistinin sədası ölkə hüdudlarından kənardan da gəlib. Türkiyənin Qaziantep Universitetinin professoru İlqar İmmamverdiyev onun haqqında geniş məqalə yazaraq Aftandil İsrafilovun "Xoşbəxtlik" sinfoniyası əsərinin Şuşada səslənməsini səbirsizliklə gözlədiyini vurğulayıb.

Qarmonda ifa edərkən sənətçinin barmaqlarında həmişə bahalı üzüklər olub. Səbəbini soruşanlara Xalq artisti bu üzükləri sadəcə özünə maraqlı göründüyü üçün taxdığını bildirib.

Bir il öncə verilişlərin birində ona ünvanlanan kiminlə 15 dəqiqə oturub söhbət etmək istərdiniz? - sualına sənətçi "Xalq yazıçısı Çingiz Abdullayevlə oturub danışmaq olar. O, mənim üçün çox maraqlıdır", - deyə cavab verib.

Sənətçi olduğu məclislərdə tez-tez gəncləri başına yığıb onlara nəsihət verib:

"Yaş ötüb gedir onu saxlamaq olmur. Arzu edirəm ki, bizdən sonra gələn gənc nəsil də yaşlanmağa tələsməsin. Mən bu yaşda elə bilirəm 500 ildir ki, yaşayıram. Bu ömürdə boş keçən dəqiqələrim olmayıb. İndiki gənclərə də bunu arzulayıram".

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 1982-ci ildə Qarmonda Əməkdar artist adını alan ilk sənətçi olub.

Kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti getdikcə daha da ağırlaşıb. Bu barədə məlumat verən ifaçının xanımı Zemfira İsrafilova onun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb:

"Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar. Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə dua etmək qalır bizə".

Bir müddət sonra Xalq artistinin musiqiçi qardaşı Ənüşirəvan İsrafilovun da xəstəxanaya yerləşdirildiyi məlum olub. Bu barədə müğənni Fədayə Laçın sosial şəbəkədə məlumat yayıb. "Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız", - deyə ifaçı məlumatda yazıb.

2023-cü ilin mart ayında Aftandil İsrafilov səhhətində yenidən problemlər yaranıb.

Xalq artistinin son durumu ilə bağlı ifaçının qızı Həcər İsrafilova mütəmadi olaraq medianı məlumatlandırıb.

29 aprel 2023-cü il tarixində isə o, vəfat edib. Xalq artisti "Kəmalə" rəqsinin sədaları altında İkinci Fəxri Xiyabanda dəfn olunub.

Sənətçinin dəfn mərasimində iştirak edən dostları onunla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Ramiz Quliyevin sözlərinə görə, o, heç vaxt ölümdən danışmayıb. Həyatı sevən adam olub: "Heç vaxt yasa gedə bilmirdi. Deyirdim, ay Aftandil, niyə getmirsən? Deyirdi ürəyim gəlmir. Heç kimi itirmək istəmirəm..."

45 illik dostu Xalq artisti Sadiq Zərbəliyev isə sənətçinin bütün xeyir işlərində canla-başla iştirak etdiyini vurğulayıb: "O, Azərbaycan incəsənətində üzüağlıq edib. İkinci Aftandil olmayacaq. Onun sənəti göz qabağındadır. Zeynəb Xanlarova da, ansamblımız da, hamımız yaxınlarına baş sağlığı veririk".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2611   Tarix: 02 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021