Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Mayın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gecə və axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2586 Tarix: 03 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabr"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə
9 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabr