Kiyev təslim olur, yoxsa yeni hücuma hazırlaşır?
"Kremlə pilotsuz təyyarə hücumundan sonra Kiyev rejiminin nümayəndələri ilə danışıqlar yalnız Ukraynanın təslim olmasından sonra mümkündür".
Bunu Rusiya ilə münaqişə dövründə Ukraynanın Kremlə dron hücumunun münasibətlərə təsirindən danışan rusiyalı hərbi analitik Dmitri Drozdenko deyib.
O, bildirib ki, Ukraynanın təslim olması danışıqların başlayacağı deməkdir:
"Ukrayna şərt irəli sürmədən danışıqlara başlamaq olar. Tərəflərin tezliklə danışıqlar masasına əyləşəcəklərinə inanıram. Əlavə olaraq isə, danışıqlar bizim şərtlərimizlə keçiriləcək. Danışıqlarla bağlı qərarı Vladimir Putinin başçılıq etdiyi Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi verəcək.
Kremlə dronlarla hücumla Ukrayna həddini aşdı. Rusiya nə hökumət binalarına, nə də Ukrayna Prezidenti Vladimir Zelenskinin iqamətgahına zərbələr endirməyib. Düşmənin dövlətin birinci şəxsinə və Rusiyanın mərkəzinə hücumu Ukraynanın həddini aşdığından xəbər verir".
Hərbi ekspert Andrey Maroçko isə açıqlamasında bildirib ki, Kiyevin elan etdiyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlaması üçün iki həftə deyil, daha az zaman kifayət edir:
"Çünki indi çöldə 23 dərəcə isti və külək var. Bu da torpağın tez qurumasına səbəb olur.
Ona görə də Ukrayna komandanlığı çox gözləməyə bilər. Əks-hücum qaçınılmazdır. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatını ləngitməyə davam edərsə, silah-sursat istehlakı ilə ayaqlaşa bilməyəcək.
Bunları nəzərə alaraq, danışıq şərtlərini 1 həftə müddətinə çəkmək lazımdır. İki həftə sonra əks-hücumla qarşılaşa bilərik".
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Yenicag.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA