Mina terrorizmi: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə
Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması buradakı Rusiya sülhməramlı qüvvələrinin bu məsələyə göz yumması nəticəsində davam edir.
Bu barədə Ukraynanın həftəlik "Focus" jurnalında dərc olunan məqalədə deyilir.
Qeyd olunub ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir:
"Onun bu təhlükəyə qarşı mübarizə təcrübəsi Ukrayna üçün həm beynəlxalq arenada, həm də hüquqi müstəvidə faydalı ola bilər".
Bildirilib ki, hazırda Ukrayna ərazisinin 30%-i minalar üzündən potensial olaraq təhlükəli ərazi sayılır:
"Əslində, Ukraynanın Azərbaycanla bu aspektdə ortaqlığı təsadüfi deyil. Belə ki, Ukrayna Moskvanın aqressiv ekspansiyası yolunda Avropanın qalasıdır. Azərbaycan isə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından imtinasını kompensasiya edərək qitənin əsas enerji təchizatçılarından birinə çevrilib".
Müəllif vurğulayıb ki, Azərbaycan hakimiyyəti 3 ildir beynəlxalq təşkilatlarda mina problemini gündəmə gətirir, dünya ictimaiyyətinin diqqətini buna yönəldir və minalardan zərər çəkmiş ölkələrin maraqlarını müdafiə edir:
"Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib".
Qeyd edilib ki, Azərbaycanın bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti onun 2021-2023-cü illərdə bu sahə ilə bağlı hüquqi mübarizədə dəyərli təcrübə qazanmasına səbəb olub.
Bundan başqa, müəllif xatırladıb ki, ötən ilin avqust-noyabr aylarında Azərbaycanın Laçın rayonunun yaşayış məntəqələrində, yəni Ermənistan qoşunlarının 30 illik işğaldan sonra döyüşsüz çıxdıqları ərazidə çoxlu sayda mina tələləri aşkar edilib.
Qeyd edək ki, bu məqalə, həmçinin "Teleqraf", "Gazeta", "Kp.ua", "Uainfo", "Prm.ua" kimi Ukrayna nəşrlərində dərc olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1149 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)
Britaniyalı müğənni Endi Gibb 1978-ci ildə təqdim olunan "Shadow Dancing" mahnısı ilə musiqi tarixinin ən uğurlu hitlərindən birinə imza atıb. Qaynarinfo xəbər veror ki, "Zlote Przeboje" nəşrinin yazdığına görə, mahnının nəqarəti cəmi bir neçə dəqiqə ərzində yazılıb və qısa müddətd
15 iyulBritaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyulİrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin
12 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulBritaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu
12 iyulKral ailəsi qələbəyə belə sevindi - Video
İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V
15 iyulAlimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar
Su hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəli
14 iyulABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyul