Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildiİndiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçiriblər.

Qərbi Azərbaycan İcmasından bildirilib ki, Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalı iştirak edib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə İcmanın İdarə Heyətinin sədr müavini, deputat Ramil Həsən və İcmanın sözçüsü Ülviyyə Zülfiqar daxil idi.

Aparılmış müzakirələr zamanı Qərbi Azərbaycan mövzusu, Qərbi Azərbaycan İcmasının geri qayıdış hüququnun reallaşması sahəsində həyata keçirdiyi fəaliyyət, sözügedən insan hüquqları məsələsinə dünya ictimaiyyətinin dəstəyinin əldə edilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda Bəyannamə qəbul edilib. Bəyannamədə bildirilir:

"Biz indiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri 2023-cü il mayın 7-də tarixi vətənimizə qayıtmaq hüququmuzu və dünyanın bizim haqq işimizə dəstəyini gücləndirmək məsələlərini müzakirə etmək üçün Berlin şəhərində toplaşdıq.

Xatırladırıq ki, Ermənistan hakimiyyəti beynəlxalq hüquq və insan haqlarını pozaraq yüz minlərlə azərbaycanlını etnik təmizləməyə və kütləvi deportasiyaya məruz qoyub. Bu qəddar və sistemli kampaniya nəticəsində bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Qaçqın düşmüş azərbaycanlıların əksəriyyəti Azərbaycanda sığınacaq tapıb, bir qismi isə başqa ölkələrdə, o cümlədən Avropada məskunlaşıb.

Biz bir daha təsdiq edirik ki, bizim Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və çoxsaylı digər beynəlxalq aktlara uyğun olaraq, vətənimizə qayıtmağa dair əzəli hüququmuz var.
Biz Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olması üçün geri qayıtmaq hüququmuzun həyata keçirilməsinin vacib olduğunu vurğulayırıq. Biz hesab edirik ki, Ermənistanda azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət, tolerantlıq və dialoq əsasında birgə yaşaması mümkün və arzu olunandır.

Biz Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə edən ümumi təşkilat olan Qərbi Azərbaycan İcmasına maraqlarımızın qanuni təmsilçisi kimi tam dəstəyimizi bildiririk. Biz Qərbi Azərbaycan İcmasının evlərindən qovulmuş azərbaycanlıların öz tarixi vətənlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün məqsədləri, prinsipləri və fəaliyyətin ümumi çərçivəsini müəyyən edən Qayıdış Konsepsiyasını qəbul etməsini yüksək qiymətləndiririk.

Biz həmçinin Ermənistan hökuməti ilə birbaşa dialoqa təşəbbüs edən Qərbi Azərbaycan İcmasının sülhsevər və hüquqa əsaslanan yanaşmasını alqışlayırıq. Biz Ermənistan hökumətini beynəlxalq hüquqa və insan hüquqlarına uyğun olaraq Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarına cavab verməyə çağırırıq.

Biz Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, Avropa Şurasını və onun üzv dövlətlərini, eləcə də digər müvafiq beynəlxalq aktorları bizim haqq işimizə dəstək verməyə və Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında konstruktiv dialoq qurulmasına kömək etməyə, evlərindən didərgin düşmüş azərbaycanlıların qayıdışı reallaşana qədər, qayıdış dövründə və ondan sonra onlara əməli yardım göstərməyə və onları müdafiə etməyə çağırırıq.

Biz Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 27-də UNESCO-ya göndərdiyi, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması və mənimsənilməsi məsələsini qaldıran müraciətinə istinad edir və onu dəstəkləyirik. Biz UNESCO-nu Azərbaycan mədəni irsinin, xüsusilə də İrəvanın əvvəllər azərbaycanlılar yaşayan Təpəbaşı məhəlləsinin hazırda davam edən dağıdılmasını dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırırıq.

Biz ümumi işimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və onun dəstəyini səfərbər etmək üçün Qərbi Azərbaycan İcması ilə birlikdə işləmək niyyətində olduğumuzu bildiririk. Biz, həmçinin fəaliyyətlərimizi və strategiyalarımızı əlaqələndirmək üçün mütəmadi olaraq məsləhətləşmələr aparmaq barədə razılığa gəldiyimizi bəyan edirik. Biz bu bəyannaməni 7 may 2023-cü ildə Berlin şəhərində qəbul edirik".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1267   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr
.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr