Mövsümü olmayan meyvələrin zərərlərindən özümüzü necə qorumalıyıq? - ARAŞDIRMA

Mövsümü olmayan meyvələrin zərərlərindən özümüzü necə qorumalıyıq? - ARAŞDIRMA"Adamın evdə xəstəsi, uşağı olanda, məcbur alır. Amma dadı yoxdur. Birinin dadına baxdım, xalis zəhərdir. Dünən iş yoldaşım çiyələkdən zəhərlənib".

Bu fikirlər sosial şəbəkələrdə mövsümü olmayan meyvələr haqqında paylaşılan rəylərin sadəcə bir qismidir. Küçədə, bazarda piştaxtalarda artıq yay meyvələrini görmək mümkündür. İnsanlar isə bildirir ki, bu meyvələr yaydakı kimi dadmır. Məcbur alsalar da, zərərindən qoruna bilmirlər.

Bəs mövsümü olmayan meyvələrin zərərlərindən özümüzü necə qoruyaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Terapevt-həkim Fəxriyyə Əhmədova bildirdi ki, mövsümündən qabaq bu meyvələri istifadə etmək faydalı deyil, əksinə, çox təhlükəlidir:

"Xüsusilə uşaqlar bu meyvələrə daha çox maraqlıdır. Valideynlər çalışmalıdır uşaqları qorusunlar. Çünki hazırda bu meyvələrin vaxtı deyil. Sadəcə, üzünə baxanda da təbii olmadıqlarını görmək mümkündür. İndi satışda olan meyvələrin əksəriyyəti ya geni dəyişdirilmiş, ya da istixanalarda yetişdirilib həddən artıq dərman istifadə olunan məhsullardır. Bu dərmanlar orqanizm üçün ciddi problemlər yarada bilər. Belə meyvələr xərçəng riskindən tutmuş ciddi mədə-bağırsaq pozğunluqlarına qədər gətirib çıxara bilər. Bir sözlə, hazırda bu meyvələrin istifadəsi məsləhət görülmür".

Qida məsələləri üzrə ekspert Ağa Salamov dedi ki, mövsümündən əvvəl yetişdirilən meyvələri almaq insanların büdcəsinə də ziyandır:

"Meyvələrin mövsümündən əvvəl yetişdirilməsi həm də qiymətinin baha olmasına səbəb olur. Bir az səbir etsələr, mövsümündə bu meyvələrdən həm bol olur, həm də daha ucuz. Yəni iqtisadi tərəfdən də büdcələrinə qənaət etmiş olurlar. Mövsümündə yetişəndə meyvələr daha faydalıdır. Əgər bir faydası varsa, baha da olsa alıb yeməyə dəyər. Mövsümündən əvvəl yetişən meyvələrin heç bir faydası yoxdur".

Ekspertin sözlərinə görə, bu meyvələrin zərərli olduğu dərmanlanmasından bəllidir:

"O meyvələr hibrid sayılır. Onların yetişdirilməsində 2 pestisiddən istifadə olunur. Bunun biri yabanı otlara, digəri isə qurdlara qarşıdır. Pestisid kimyəvi dərmanlama prosesidir. Yabanı otlara qarşı olan dərmanlama bitkinin kənarından, kökündən çıxan alaq otlarına qarşıdır. Çünki bu otlar meyvənin kökünü zəiflədir və bol məhsul əldə etməyin qarşısını alır. Digər pestisid isə böcəklərə qarşıdır. Hansı ki, həmin zərərli böcəklər bitkini yeyir, qurd salır. Hər iki dərmanlama prosesində xüsusi geyimdən istifadə olunur. Dərmanlayan insanların hətta ağızları da bağlı vəziyyətdədir. Bu da ondan ötrüdür ki, dərman nəfəs borularına gedib ağciyərlərini zədələməsin. Bu cür dərmanlanan meyvələrin yeyilməsi kimyəvi zəhərlənmələrə də yol açır. Allergiya, dəridə qaşınma, gözdə sulanma, səpmə, hətta huşun itməsinə qədər gətirib çıxara bilər".

Qida ekspertinin fikrincə, bu meyvələr düzgün şərtlər altında yuyulmayanda da ayrıca zərər verir:

"Çox adam meyvə və tərəvəzləri sirkə ilə yuyur. Amma bu cür hibrid -mövsümündən əvvəl yetişən meyvələrin yuyulma texnologiyası sirkə ilə deyil. Sosial şəbəkədə qeyri-mütəxəssislər meyvələri sirkə ilə yuyur və insanlar da onlara baxıb təkrarlayır. Elmi araşdırmalar isə sübut edir ki, dərmanlanan və mövsümündən əvvəl yetişdirilən meyvə və tərəvəzləri sirkəli suda yumaq olmaz. Çünki sirkə ilə reaksiyaya girən pestisidlər zəhərlənməni, allergiyanı 2 qat artıra bilər".

A.Salamov bildirdi ki, meyvə və tərəvəzlərin ən doğru yuyulma üsulu soda ilədir:

"Bəzən insanlar adi su ilə yuyur, bu da qadağandır. Ən yaxşı üsul çay sodasında yuyulmasıdır. Çünki çay sodası heç bir kimyəvi maddə ilə reaksiyaya girmir. 10 litr suya bir xörək qaşığı çay sodası əlavə edib 5-10 dəqiqə saxlamaq lazımdır. Meyvəni sodalı suyun içində saxladıqdan sonra axar suyun altında durulayıb, sonra yemək mümkündür. Saxladıqları suya baxsalar, meyvənin toz-torpağını öz gözləri ilə görəcəklər. Sodalı su pestisidlərin hamısını tökür. Həm kimyəvi zəhərlənmədən qoruyur, həm də üzərində olan gözlə görünməyən mikroorqanizmlərin yox olmasına gətirib çıxarır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2316   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb

2 oktyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr