Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEOMüdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasimlərinin məhz ulu öndərin anadan olduğu gündə keçirilməsinin ümummilli liderimizə dərin hörmət və ehtiramın təzahürü olduğunu və gənc əsgərlərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Andiçmə mərasimlərində müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən bəhs edilib. Bu gün 100 illik yubileyi qeyd edilən ümummilli liderimizin Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə ətraflı danışılıb. Dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu istiqamətində aparılan islahatlar barədə məlumat verilib.
Çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Mərasimlərin sonunda şəxsi heyətin təntənəli marşla keçidi olub.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1376   Tarix: 10 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024